Cəmiyyət

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərin aqibəti necə olacaq?

Bakı şəhəri və Abşeron yarımadasında illərdir ki, aparılan qanunsuz tikililər indi vətəndaşları çıxılmaz vəziyyətdə qoyub.

Həmin ərazilərdə tikinti aparmağa icazə verilmir, kənd təsərrüfatı üçün isə yararsız sayılır.

İllər əvvəl belə sahələri alıb yaşayış evi tikən sakinlər indi həmin ərazilərin sənədləşdirilməsində ciddi problemlərlə üzləşiblər.

Ərazilər hissələrə bölünürək satıldığından yerdə qalan torpaq kiçik sahələr olaraq qalıb. Nəticədə belə ərazilərdə nə əkin-biçin, nə də heyvandarlıq üçün istifadə əlverişlidir.

Ekspert Elnur Fərzəliyev deyir ki, heç bir hüquqi əsas yoxdursa, həmin torpaqlar “boş qalan sahə” kimi qalır və onun gələcək taleyi dövlət tərəfindən hazırlanan torpaq idarəçiliyi planına uyğun müəyyən edilir. (Banker.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dövlət Neft Fondu icra direktorunun müşaviri ölkədən köçüb? – Nərgiz Nəsrullayeva ilə bağlı yeni iddia

admin

Plastik cərrahlar efirə buraxılmayacaq

redaktor

Qarabağdan çıxan erməni əsilli qadından Azərbaycanla bağlı etiraf – VİDEO

redaktor