Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.
2-ci oyun gününə nəzərdə tutulan 3 matç başa çatıb.
“Şamaxı” evdə “Bakı Sportinq”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası 1/4 finalda “Qarabağ” – “Karvan-Yevlax” matçının üstün olan tərəfi ilə qarşılaşacaq.
Həmçinin kubokun son sahibi “Sabah” “İmişli”nin qonağı olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə “Sabah” daha 1 qol vuraraq 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə “Qəbələ” – “Şəfa” cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Günün son matçında “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün “Turan Tovuz” və “Zirə” 1/4 finala adlayıblar.
Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunur.
Azərbaycan kuboku
1/8 final
3 dekabr
19:00. “Qarabağ” – “Karvan-Yevlax” – 3:0
Qol: Nəriman Axundzadə, 80, Elvin Yunuszadə, 83-avtoqol, Nəriman Axundzadə, 89