Cəmiyyətİdman

Futbol üzrə Azərbaycan kubokunda ilk iki 1/4 finalçı müəyyənləşdi.

02.12.2025 tarixində Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

İlk günə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkib. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından bu matç Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutub. “Turan Tovuz” 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb. Tovuz təmsilçisi növbəti mərhələdə “Araz-Naxçıvan” – “Kəpəz” cütünün qalibi ilə qarşılaşacaq.

Günün digər matçı isə Zirədə baş tutub. “Zirə” “Neftçi” ilə üz-üzə gəlib və əlavə vaxtda – 116-cı dəqiqədə vurduğu qol sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Onların rəqibi 1/4 finalda “Difai” – “Sumqayıt” cütünün qalibi olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.

Azərbaycan kuboku

1/8 final

2 dekabr

19:00. “Zirə” – “Neftçi” – 1:0

Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu

15:00. “Şahdağ Qusar” – “Turan Tovuz” – 1:2

Qollar: Ayxan Hüseynov, 4-pen (0:1), Aleks Souza, 64 (0:2), F.Camalov , 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
“SOCAR Polymer Arena”

3 dekabr

14:00. “Şamaxı” – “Baku Sportinq”

14:00. “İmişli” – “Sabah”

19:00. “Qarabağ” – “Karvan-Yevlax”

4 dekabr

15:00. “Qəbələ” – “Şəfa”

19:00. “Araz-Naxçıvan” – “Kəpəz”

19:00. “Difai” – “Sumqayıt”

1/4 finalda qarşılaşacaqlar:

“Turan Tovuz” / “Araz-Naxçıvan” – “Kəpəz” cütünün qalibi

“Zirə”  / “Difai” – “Sumqayıt” cütünün qalibi

“Şamaxı” – “Baku Sportinq” cütünün qalibi / “Qarabağ” – “Karvan-Yevlax” cütünün qalibi

“İmişli” – “Sabah” cütünün qalibi /“Qəbələ” – “Şəfa” cütünün qalibi  (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“TikTok”u zəbt edən qeyri-etik paylaşımlar: Sosial şəbəkələrlə bağlı qanun niyə qəbul edilmir?

redaktor

Əməkdar artistdən Aşıq Əliyə: “Mənəm-mənəm deyən kişilər evdə…”

admin

“Telekanal rəhbərliyi zənglərimizə cavab vermədi” – “Qarabağ”ın direktoru

redaktor