DünyaGündəmSiyasət

Bu Putinin psixoloji çöküşün əlamətidir.

Vladimir Putin yenidən səhnədədir və yenə Kremlə xas olan köhnə ritorika işə düşüb: “Biz müharibə istəmirik, amma Avropa bizimlə döyüşsə, danışmağa adam qalmayacaq.” Bu cümlə Kreml diplomatiyasının son on ilin xülasəsidir: qorxu, şantaj, nüvə hədəsi, özünü təcrid və çar Rusiyasından miras qalan saxta qəhrəmanlıq mifləri.

Putin çox yaxşı anlayır ki, Rusiya bu gün real gücü ilə deyil, yalnız yaratdığı qorxu effekti ilə ayaqda qala bilir. Kreml üçün əsas alət tanklar, raketlər və ya modern texnologiya deyil, psixoloji təzyiqdir, yəni “hədələyərək güclü görünmək.”

Ən maraqlısı budur ki, Putin Avropanı hədələdiyi anda NATO-nun real güc balansını və Rusiyanın Ukrayna cəbhəsində tam açılan zəifliklərini çox yaxşı görür. Bəs niyə bu qədər aqressiv danışır? Çünki bu ritorika açıq şəkildə xaricə yox, Rusiyanın öz daxilindəki kütləyə ünvanlanıb.

Kreml uzun illərdir xalqı eyni miflə ovundurur: “Biz güclü və zəngin Qərbə qarşı təkik və onlar bizdən qorxur.” Bu, Stalin dövründən qalan təbliğat xəttidir. Fərq yalnız ondadır ki, Stalin dövründə SSRİ həqiqətən sənaye nəhəngi idi. Bu gün Putinin Rusiyası isə enerji resurslarından başqa heç bir dayaq nöqtəsinə malik deyil. Nəhəng ölkənin iqtisadiyyatı bütövlükdə neftin qiymətinə bağlanmış vəziyyətdədir.

Putinin “müzakirə edəcək adam qalmayacaq” tipli hədələri hərbi ambisiyanın yox, psixoloji çöküşün əlamətidir. Nüvə silahına arxalanmaq dövlət gücünün deyil, lider zəifliyinin etirafıdır. Kreml “dünyanı yox etməkdən” danışarkən Rusiya kəndlərində milyonlarla insan hələ də odun sobası ilə qışdan çıxmağa çalışır.

Əslində Putin Rusiyanın işğalçı siyasətini dayandırmalı və öz ölkəsini yox olmaqdan xilas etməyə başlamalıdır. Çünki real təhlükə Qərb deyil, Rusiyanın özündə gedən dərin sosial-iqtisadi tənəzzüldür.

Ukrayna müharibəsi isə Kremlin illərlə yaratdığı “yenilməz ordu” mifinin necə boş olduğunu tam şəkildə ortaya qoydu. Uzun illər dünya auditoriyasına “supergüc” kimi təqdim edilən Rusiya ordusu ilk dəfə real döyüş meydanında özünün kağızdan tikilmiş olduğunu göstərdi.

 

Bəhruz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Ramzan gedir – Onu Putin, yoxsa Putinə qarşı olan qüvvələr yola salır?!

admin

“Qarabağ” səfərdə “Şkendiya”ya qalib gələ bildi

admin

Ukraynadan Saakaşvili ilə bağlı çağırış

redaktor