Türkiyə prezidenti Receb Tayyip Erdoğan həyəcan təbili çalır: Rusiya və Ukrayna arasında müharibə Türkiyə sahillərinə yaxınlaşıb. Türkiyə lideri “kölgə donanmasına” aid Rusiya tankerlərinə hücumdan sonra bəyan edib ki, bütün Qara dənizin təhlükəsizliyi indi təhdid altındadır. Kairos və Virat gəmiləri Türkiyədən cəmi bir neçə kilometr aralıda partladılıb. Gəmilərə hücum etmək üçün Ukraynaya məxsus yeni sualtı dronlardan istifadə edilib.
Görünən isə odur ki, indi Rusiya ilə əlaqəsi olan heç bir gəmi təhlükəsiz olmayacaq: Rusiya nefti daşıya bilən türk tankeri də Seneqal sahillərində partladılıb. Gəmi Türkiyənin Mersin Shipping Inc şirkətinə məxsusdur və Panama bayrağı altında üzür. (Gəminin son vəziyyəti ilə bağlı video şərh yerində). Bloomberg xəbər verir ki, Mersin bu il dəfələrlə Rusiya limanlarına daxil olub.
Tanker Dakar sahillərində lövbər salarkən dörd partlayış səsi eşidilib. Dəniz suyu maşın otağına dolub, lakin heç kim xəsarət almayıb. Bu, noyabrın 27-də baş verib.
“İstanbul Haber” xəbər verir ki, gəmi “Rusiya neftinin daşıdığı” üçün Ukrayna pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb. Nəşr bu məlumatı təsdiqləmir.
