Bazar günü ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə danışdığını təsdiqləyib.
“Bunu şərh etmək istəmirəm. Cavab “bəli”dir”, – Tramp jurnalistlərin sualına cavabında deyib.
Bu barədə ilk dəfə “The New York Times” qəzeti yazmışdı.
Tramp şənbə günü – noyabrın 29-da isə Venesuelanın hava məkanının bağlandığını bildirib.
“Reuters” əlaqə saxladığı ABŞ rəsmilərinin bu açıqlamadan təəccübləndiklərini deyiblər. Ağ ev əlavə açıqlama verməyib.
Venesuela hökuməti isə Trampın dediyini pisləyib, ölkəyə qarşı “kolonialist təhdid” adlandırıb.
Tramp administrasiyası amerikalıların ölümünə səbəb olan qanunsuz narkotik ticarətində Maduronun rolundan danışır, onunla mübarizə yollarını götür-qoy edir. Sosialist Maduro qanunsuz narkotik ticarəti ilə əlaqəsi olmadığını bildirir. (AzadlıqRadiosu)
