DünyaSiyasət

Florida görüşü: Ukrayna sülh planında ümidverici irəliləyiş

ABŞ və Ukrayna təmsilçilərinin Floridada sülh danışıqları üzrə kecirilən görüşü demək olar ki, uğurlu, irəliləyişli keçib. ABŞ tərəf Ukraynanın
suveren və müstəqil dövlət olaraq qalması və inkişaf üçün imkanlara sahib olması tərəfədir.

ABŞ nümayəndə heyətinin başçısı ABŞ dövlət katibi Rubio bəyan edib, ABŞ-ın məqsədi həm də Ukraynanı müharibə sonrası iqtisadi inkişaf və firavanlıqda görməkdir. O bildirib ki, Ukrayna böyük iqtisadi potensiallı, həm rifah imkanlıdır.

Məlumata görə, sülh planında Ukrayna xeyrinə olan xeyli dəyişikliklər qəbul edilib və bunlar da bu gün prezident Trampa, gələn həftə də Putinə çatdırılacaq. Və bundan sonra Putin yeni planı bəyənməyib problem yaratsa, bu artıq Trampla Putin, ABŞ-la Rusiya arasında problem olacaq.

Fikrimcə, gedişat Ukraynanın xeyrinədir. Çünki haqq Ukrayna tərəfdədir. Haqsızlığa varıb işğal və zorakılıq tərəfi tutulsa, bütün Avropa və ABŞ qarışıq hamıya qarşı pisliyə yaşıl işıq yandırılar. Sonra da qabağını almaq çətin olar, necə Hitler ilə oldu vaxtilə. Bunu ABŞ, ağlı olan hər kəs bilir.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan 3 ölkədə səfirlik açır – Məclis razılıq verdi

admin

Növbəti dəfə İrəvanla Bakı üz-üzə qalacaq – Markov

redaktor

İtaliyalı azarkeşlərdən İsrail himninə qəribə etiraz

admin