Cəmil Həsənliyə, Əli Kərimliyə, AXCP-yə qarşi həyata keçirilən repressiyalari, həbsləri şiddətlə pisləyirəm.
AXCP Azərbaycanı Rus imperiyasindan azad edən, Rus İmperiyasini Azərbaycandan qovan təşkilatdir.
Bu günkü AXCP- nin geosiyasi görüşlərini paylaśmasam belə, bildirirəm ki, AXCP Azərbaycan xalqınin qurduğu bir təşkilatdir, 88- ci ildən bəri İstiqlal Hərəkatinda iştirak etmiş bütün istiqlalçilarin tarixi AXCP tarixinə bağlıdir. (AXCP-nə, Əli Kərimlinin siyasətinə, geosiyasi görüşlərinə tənqidlərim çoxdur, ancaq bu qalsin başqa bir zamana. Düşünürəm ki, AXCP siyasətində xeyli düzəlişlər edilməlidir. AXCP içində də azad disputlar keçirilməlidir və s. Bu gün AXCP də Xalqdan qopuqdur. )
AXCP- ni yox, YAP- ni bağlamaq lazimdir. Bu partiyanin dövlətin başina keçirdiyi bütün nazirləri, deputatlari, məmurlari oğru, quldur, cinayətkardir. Bu partiya Azərbaycana sağlam kadrolar verə bilmədi. Vermədi. Bu partiyanin bütün kadrolari Azərbaycan dövlətinə qarşi cinayət işlədi.
(Siz hesab etməyin ki, bir gün ölkədə YAP – na qarşi məhkəmələr keçirilməyəcək. Düzəni quran Allahdir, Allah Azərbaycan xalqina yaşatdiqlarinizin, xalqdan oğurladiqlarinizin hesabini soracaq. Ey İlahi Ədalət. Gec gəlirsən, ancaq mütləq gəlirsən! )
YAP – si Rus imperiyasina xidmət etmiş keçmiş kommunistlərin, KKB-nin, partnomenklatura təmsilçilərinin partiyasidir. Ramiz Mehdiyev də YAP-ın ikinci şəxsidir, YAP- dan çixmişdir. Rusiyaya xidmət edən, Rusiyaya bağli olan şəxslər hamsi YAP- dadir. Azərbaycan parlamenti də 30 ildir Putinin, Rusiyanin seçdiyi şəxlərdən təşkil olunmuşdur. Rusiyanin partiyasi YAP-dir. YAP bağlanmalidir.
Ramiz Mehdiyev oyununu çox çirkin oynadiniz. Ramiz Mehdiyevlə 22 il siz işləmisiniz, Ramizi Azərbaycan dövlətinin başina da siz təyin etmisiniz. Siz Ramizin Azərbaycan xalqina qarşi törətdiyi cinayətlərə görə istefa verməlisiniz. Siz R.Mehdiyevlə birlikde bu cinayətləri işlətmisiniz.
Ölkədə ağli başinda olan hər kəs bunu görür və bilir.
Bağlanmali olan YAP-dir. Bağlanmali olan Putinin Parlamentidir.
Siz 22 il hara baxırdiniz ki, R.Mehdiyev bu xalqa qarşi bu qədər cinayət işlədi. Bunun məsuliyyəti sizin üzərinizdədir. Bunun cavabini siz verəcəksiniz.
Ramiz şousunu dayandirin. Ağilli başli islahatlara başlayın.
Sizin hökümətiniz ölkəni pis günə saldi. 30 ildir mənəvi- psixoloji terror əsdirirsiniz. Qorxu, işkəncə, həbs, rəprəssiya, yalan təbliğatlar, xalqin fikrinin manipulyasiya edilməsinə cəhd. Siz busunuz.
Ramiz şousunu dayandırib iki sual ətrafında milli diskussiyalari başlatmaliyiq.
1. Niyə bu günə düşdük. Səbəblər nədir?
2. Azərbaycani bu böhran dönəmindən necə çixarmaliyiq?
Biz iqtidarli müxalifətli iş birliyi qurub, əməkdaşliq edib ölkədə azad parlament seçkiləri keçirməliyik.
Bələdiyyə seçkiləri keçirməliyik. Rus- kommunist oliqarx təbəqəsini ləğv etməliyik. Biz, müstəqilliyimizdən 30 il keçməsinə baxmayaraq, hələ də dövlətləşməmişik. Bizi dövlətləşməyə qoymayan da YAP-dir. Düşün yaxamızdan!
30 ildir dövlətimizi zəbt etmisiniz.
Bütün idarəçilik sistemi bir əldə cəmləşib. Biz ailə dövləti qurmuruq, millət dövləti qururuq. Milləti isə dövlətdən ayirmisiniz, dövləti ələ keçirib bir ailənin dövlətinə çevirmisiniz. Azərbaycanda güc paylaşimi həyata keçirilməlidir. Güc və milli gəlirlərin bərabər paylaşimi həyata keçirilməlidir.
Yaxşi lider odur ki, dövləti xalqa xidmət edən orqanizmə çevirsin, effektiv idarəçilik sistemi qursun, xalqin siyasi iştirakçiliğini artirsin.
30 ildir eyni nazir, eyni deputat, eyni direktor, eyni yaritmaz repressiv sistem.
Hamimiz birlikdə Dəyişməliyik
Birlikdə Dəyişdirməliyik.
Ramiz Mehdiyev şousu əslində bu hakimiyyətin özünü gözdən salir. Çünki R.Mehdiyevi dövlətin başina keçirən də, onun əməllərinə şərik olan da sizsiniz. Tarix qarşisinda məhz siz cavab verəcəksiniz. 22 ildir harda idiniz? R.Mehdiyevin bu xalqa qarşi törətdikləri cinayətlərə niyə susurdunuz?
30 ildir ki, cəmiyyəti kəskin qütbləşmələrə sürükləyib, qorxu və repressiya ilə idarə etdiniz. Bundan sonra bu neçə il davam edəcək?
Fərqində deyilsinizmi ki, dəyişməlisiniz. Fərqində deyilsinizmi ki, daha yalan aparatinizin mövzusu bitib. Fərqində deyilmisiniz 30 ildir Qurtuluş yalanlari yayan Mehdi nağillari daha yerimir? İdeologiyaniz Xalqçı, millətçi, insançi deyil. İndi durub sizin ailənizə pərəstiş edəcəyik? Nə var axi sizin ailənizdə? Doğrudanmı H.Əliyev, M.Əliyeva fövqel İnsandir? Üst ağıldır?
Dövlətləşmə, millətləşmə şəxsiyyətlərin, ailələrin üzərindən deyil, millətin üzərindən aparılmalıdır. Biz monarxiya qurmuruq, biz milli dövlət qururuq!
Milləti, ölkəni millətin ideyalari ilə, tarixdən aldigi güc və vizyonla, milli güclə idarə etmək lazımdır. Millətin gücü ilə yola çixmaq lazımdır.
Ölkəyə ağilli başli parlament spikeri, vitse prezident, millət vəkilləri seçmək lazimdir, millətimizin içində minlərlə sağlam kadrolar vardir. Millətə güvən, millətlə birləş ey hökümət. Milli güc tükənməzdir!
Qorxu və repressiya yox, xalqçi, insançi bir siyasət izləmənin vaxti gəlmədimi?
