DünyaSiyasət

Amerika konstruktiv davranır – Zelenski

Kiyev nümayəndə heyəti ABŞ-dadır. Tacxeber.com xəbər verir ki, məlumatı Ukrayna prezidenti Volodimir Zelenski Telegramda paylaşıb.

Onun sözlərinə görə, heyətin səfəri yaxın günlərdə Ukraynadakı münaqişənin həlli üçün addımları müəyyən etmək məqsədi daşıyır: “Diplomatiya aktiv olaraq qalır. Amerika tərəfi konstruktiv davranır və yaxın günlərdə hərbi əməliyyatlara ləyaqətlə son qoymağın yollarını müəyyən etmək üçün addımları yekunlaşdırmaq tamamilə mümkündür”.

Zelenski qeyd edib ki, Kiyev nümayəndə heyətinin “lazımi direktivləri” var və onlardan milli prioritetlərə uyğun işləmələrini gözləyir.

Reuters daha əvvəl ABŞ dövlət katibi Marko Rubio, xüsusi elçi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin 30 noyabrda Floridada Ukrayna nümayəndə heyəti ilə görüşəcəyinə dair məlumat yayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Köhnə seysmoloji xəritə özünü doğruldur? – VİDEO

redaktor

Ukrayna parlamentinin deputatı Azərbaycana təşəkkür edib

redaktor

Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb.

admin