HadisəQalmaqalŞou

“Meydan TV-yə təşəkkür edirsə, deməli dövlətə qarşıdır.”

Yazdığım statusda “Meydan TV” sözünün olması bəzi insanlar tərəfindən qəsdən manipulyasiya edilərək “dövlətə qarşı olmaq”, “anti-dövlət qruplaşması” kimi göstərilməyə çalışılır.

Bu klassik qaralama ssenarisidir və mənim yazımı guya ki əleyhimizə çevirib istifadə etmək cəhdidir.

Problem bundadır:

Mən ümumi təşəkkür etmişəm, media qurumları bizə inanıb, məsələni dövlət kanalı daxil olmaqla işıqlandırıblar, bir media qurumu faktları araşdırıb. Bunu isə indi belə göstərməyə çalışırlar:

“Meydan TV-yə təşəkkür edirsə, deməli dövlətə qarşıdır.”

Bu, tam şər-böhtan, etik olmayan manipulyasiya və ictimai rəyə təsir etmək üçün qurulan saxta narrativdir.

Jurnalist araşdırması “anti-dövlətçilik” deyil, mətbuatın funksiyasıdır.

Hər hansı mediaya faktlara görə təşəkkür etmək “pozucu fəaliyyət” deyil, hüququn və ədalətin tələbidir.

Bizi “qrup”, “kampaniya”, “xainlik” kimi təqdim etmələri bilərəkdən hədəf göstərməkdir.

Biz demokratik dövlətdə yaşayırıq. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır və heç kim öz fikrini ifadə etdiyinə görə təzyiqə məruz qala bilməz. Eyni Konstitusiyanın 50-ci maddəsi isə mətbuatın azadlığını və informasiya almaq haqqını qoruyur.

Mənim paylaşdığım təşəkkür statusunu təhrif etmək, onu qeyri-real və siyasi çalarlarla təqdim etmək yalnız bir məqsəd daşıyır – bizi susdurmaq və ictimai rəyə qarşı yönəltmək. Lakin mən 23 illik sənət fəaliyyətimdə hər zaman dövlətimə, xalqıma və qanunlara sadiq olmuşam və bu gün də fikirlərimin arxasındayam.

Kiminsə şəxsi məqsədləri üçün adımı, sözlərimi və nüfuzumu manipulyasiya etməsi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Mən heç bir qruplaşmanın, kampaniyanın və ya anti-dövlət fəaliyyətinin iştirakçısı deyiləm və olmayacağam. Mən sadəcə faktların araşdırılmasını, şəffaflıq tələb olunmasını və haqsızlığa qarşı səsimi qaldırıram – bu da demokratiyanın ayrılmaz hissəsidir.

 

Nura Suri

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Aynur Elgünəş: Ombudsman nümayəndələri təcridxanaya gəlib, bir nəfəsliyi açıb içəri boylanmayıb

admin

İki dəfə xərçəngə qalib gələn Vladimir Pozner yenə də xərçəngə yoluxub..

admin

Aptekdə çaytikanı adı altında günəbaxan yağı satıldığı aşkarlandı

redaktor