CəmiyyətGündəmHadisə

Əli Kərimlinin həbsi müxalifətin məhvi deməkdir.

Əli Kərimlinin həbsi Azərbaycanda real müxalifətin bir institut kimi fəaliyyətinə son qoyulmasıdır. Burada söhbət yalnız bir fərdin tutulmasından getmir; bu, ölkə daxilində hələ də mövcud olan siyasi qüvvənin sistemdən silinməsidir.

Hakimiyyət uzun illərdir siyasəti mərhələ-mərhələ sıxışdırır: əvvəlcə mətbuat, daha sonra QHT-lər, ardından isə xaricdə yaşayan aktivistlər və məşhurlar. İndi isə ənənəvi müxalifət hədəfə alınır. Bu prosesin belə bir ardıcıllıqla baş verməsi təsadüfi deyil. Bu, Azərbaycanın tam siyasi boşluğa düşməsi üçün hazırlanmış bir strateqiyadır.

Əli Kərimli fərd olaraq hakimiyyət üçün təhlükə yaratmırdı. Ancaq o, hakimiyyətin qadağan etdiyi şeyi, ölkədə müxalif siyasətin hələ də mümkün olduğunu nümayiş etdirməyə çalışırdı. Məhz bu rolu məhv etmək məqsədilə ona hücum edildi.

Azərbaycan post-neft dövrünün başlanğıcındadır və hakimiyyət qaçılmaz böhrana siyasi müxalifətsiz, tənqidi medianın olmaması ilə yanaşı, eyni zamanda müstəqil vətəndaş cəmiyyəti də olmadan daxil olmağa çalışır. Bu vaxta qədər dağıdılmış bütün təsisatlar — media, qeyri-hökumət təşkilatları, mütəxəssislər və mühacirlər — ölkədə siyasətin tamamilə iflas etməsi üçün hazırlanmış planın bir hissəsidir. Əli Kərimlinin həbsi bu planın mühüm addımıdır. Bu hadisə ilə 30 illik siyasi təcrübə və nəsil yaddaşı silinmiş olur.

Bu proses burada sona çatmayacaq. AXCP-nin strukturlarının tamamilə dağıdılacaq, digər siyasi qüvvələrə qarşı preventiv zərbələr vurulacaq. Burada məqsəd açıqdı: gələcəkdə yaşanacaq böhranlar zamanı prosesi rejimin əleyhinə idarə edə biləcək heç bir siyasi təcrübə mərkəzi olmasın.

Rejim Azərbaycanın gələcəyini Suriyanın, İraqın, Liviyanın keçmişinə daşıyır.

 

Elman Fəttah

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Siyasi məhbus özünü iplə asıb, son anda ….

admin

Bakıda kuryerlər boykot edir – 50 nəfərin…FOTO

redaktor

Elçibəyin qardaşıoğlu vəfat edib.

admin