CəmiyyətHadisəSiyasət

Azərbaycan Türkmənistanlaşır.

Qərbin avtoritar ölkələrə işi düşdükcə, bu ölkələri idarə edən avtoritar liderlərin öz güvəni artır. Bunu, daxildəki auditoriyaya dövlətin güclənməsi kimi təbliğ edib, millətin beynini yuyurlar. Rusiyanın Ukraynaya müharibəsi Avropanı həm Türkiyəyə (təhlükəsizliyə görə), həm də Azərbaycana (enerji) möhtac etdi. Azərbaycan və Türkiyəni idarə edən avtoritar liderlər onlara işi düşən Qərbdən öz xalqı üçün heçnə istəmir, əvəzinə, öz xalqına qənim kəsilmələrinə göz yummalarını tələb edir. Sıravi Ermənistan vətəndaşı sabah əlini qolunu sallayaraq Avropanı rahat gəzə biləcək, Azərbaycan vətəndaşı isə hələ də Avropaya gəlmələri üçün yüzlərlə sənəd toplamalı, növbə gözləməli və s. prosedurlardan keçməlidir. Qərb də, xalqı yaxşı yaşasın deyə, avtoritar liderlərin bu tələblərini rahatlıqla yerinə yetirə bilir. Yəni, qərbdə hansısa bir dövlət başçısının Azərbaycan və Türkiyə xalqlarının firavan yaşaması kimi öhtəliyi yoxdur.

Nəticədə, Qərbin bu dövlətərə işi düşdükcə, Əliyev və Ərdoğan, fürsətdən istifadə edərək, daxildəki etiraz səslərini, azad medianı, vətəndaş cəmiyyətini tam sıradan çıxardır. Avtoritar liderlərin milli maraqları heç də dövlətin və millətin maraqları deyil, bu şəxslərin şəxsi maraqlarıdır. Həm Türkiyədə, həm də Azərbaycanda represiyalar davam edir. Dünyaya “böyük türk xalqları” nağıllarını danışan dövlət başçıları, bu xalqların öz ölkəsində normal insan kimi yaşamasına qarşı hər şeyi edirlər. Türklər Avropada, azərbaycanlılar da Rusiyada yaşamaq uğrunda min bir əzabla üzləşərək, normal insan kimi yaşamalaqları üçün çalışırlar.

Azərbaycanda indi də Əli Kərimlini həbs etməyə çalışırlar. Mən Kərimlini sevmirəm, mənə görə onun İlham Əliyevdən yeganə fərqi muxalifətdə olmasıdır. Amma İlham Əliyev üçün o muxalifətdir və nəfəsi kəsilməlidir. Azərbaycan Türkmənistanlaşır.

 

Nahid Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

CHP sabah yeni sədrini seçəcək.

admin

4 saylı Dərin Dəniz Özülündə YANĞIN: Həlak olan var

admin

Psixoloqdan həyəcan təbili: “Bu oyuncaqlar satışdan və evlərdən yığışdırılmalıdır”

redaktor