-1 C
Bakı
22 Yanvar 2026 01:38
Digərİdman

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.

Tacxeber.com xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub. Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub.

Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.(Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

O, Azərbaycan yeməklərini dadandan sonra rejimində dəyişiklik oldu – Qurbanov kimi deyir?

redaktor

Məsud Özil Bakıya gəlir, “Qarabağ”ın qonağı olacaq

admin

“30 faizlik şansımızdan bərk yapışacağıq” – Samir Abasov

admin