DünyaGündəmSiyasət

Ukraynanın yeganə şansı: real qoruma və real iradə

Türkiyə Müdafiə Nazirliyi bu gün çox önəmli bəyanat verib və bu bəyanatın əhəmiyyəti seçilən tarixlə də birbaşa bağlıdır. Nə baş verir?

Bu gün Putin Bişkekdə keçirilən KTMT sammitindən sonra mətbuat konfransı təşkil edib və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra mühüm açıqlamalar verib. O, xüsusilə təhlükəsizlik qarantiyaları məsələsinə toxunaraq bildirib ki, Rusiya Avropaya qarşı hər hansı aqressiv planlarının olmadığını “rəsmi şəkildə kağız üzərində” qeyd etməyə hazırdır.

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan diplomatik prosesdə ən kritik məsələlərdən biri, bəlkə də birincisi, Ukraynanın tələb etdiyi təhlükəsizlik qarantiyalarıdır. Bu, prosesin ən fundamental elementidir. Çünki müharibənin real səbəblərini və Rusiyanın əsas məqsədlərini unutmamalıyıq. Məsələ Ukraynanın suverenliyinə son qoyulması və bu ölkənin yenidən Rusiyanın təsir dairəsinə qaytarılması cəhdidir. Bir neçə gün əvvəl Kremlin ideoloqu Aleksandr Duqinin dedikləri bunu tam şəkildə əks etdirirdi: “İki ildən sonra Ukrayna bütövlükdə bizim olacaq”. Rusiya bu məqsədlərə hərbi yolla nail ola bilməsə də, atəşkəsdən sonra siyasi vasitələrlə, o cümlədən hərbi təzyiq və şantajla bunu reallaşdırmağa çalışacaq.

Ukrayna üçün yeganə real və işlək təhlükəsizlik mexanizmi NATO ölkələrinin birgə sülhməramlı kontingentidir. NATO hərbi kontingentinin Ukraynada olması Rusiyanın bütün plan və xəyallarını tam şəkildə bloklayacaq. Elə buna görə də Moskva bu kontingentin mövcudluğunu “qətiyyən qəbul edilməz qırmızı xətt” adlandırır.

Putin bu gün təhlükəsizlik qarantiyaların “kağızda olacağını” vurğuladı, elə bu gün də Türkiyə Müdafiə Nazirliyinin Ukraynaya əsgər göndərməyə hazır olduqlarını bəyan etdi. Bu mesajın həm zamanlamasına, həm siyasi çəkisinə diqqət yetirməliyik.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hollandiya Ukraynaya F-16 təyyarəsini təhvil verirverdi

admin

Deputatlığa namizədlərin siyahısı açıqlandı: Talıbovların adları YOXDUR

redaktor

General niyə işə çıxmır?

redaktor