DünyaGündəmSiyasət

Bu cür korrupsiya faktları Şərqdə də, Qərbdə də olur.

Zelenski, ətrafındakı yaxın adamlarından birini, Prezidentin Ofis rəhbəri Andrey Yermakı işdən azad edib, Ukraynada gedən və dövlətin yuxarı təbəqəsini əhatə edən korrupsiya qalmaqalı ilə bağlı Yermakın evndə HMO axtarışından sonra. Görünür ki, axtarış üçün əsaslı şübhələr olmuş.

Korrupsiya, cəmiyyətin əxlaqını korlayan iyrənc və dövlətin idarəçiliyinə, inkişafına zərər vuran ən böyük problemdir. Buna görə, Yermak olmur, kim olsun, günahı varsa, qanunla məsuliyyətini də daşımalıdır. Zelenski yəqin, ona xeyli inanıb, irəli çəkib. Az olur ki, etimadı doğrultmayanlar?

Ümumiyyətlə, Ukraynada korrupsiya demək olar ki, əksər sahələri götürüb, özü də şiddətlə. Bunu mən, Ukrayna ilə əlaqəli kimi çoxdan bilirəm və bir-neçə dəfə də yazılarımda qeyd etmişəm. Və idarəçilikdə, xüsusilə müharibə dövrü üçün çox mühüm olan, vertikal sistem zəifliyi var fikrmcə.

Bu zəifliklə möhkəm, sərt dövlətçilik prinsipinin olmaması səbəbindən, Zelenskiy məcburdur ki, həm hökuməti idarə etsin, həm savaşda hərbiyə komandanlıq etsin, həm xarici işlərlə səfərlər və görüşlərlə məşğul olsun. Layiqli, güclü və sadiq kadrlar, köməkçilərsiz təbii ki, çətinliklər olmalı.

Düşünürəm ki, bəlkə də belə qalmaqalın olması ona xeyirlidir ki, Ukraynadakı güclü reformalara tələbli əsas verər. Və bu, vaxtı çatmış dəyişiklik, yeniliklərlə Ukrayna daha da güclənib irəli çıxar. Qərb müttəfiqləri, bir neçə korrupsioner olması ilə, Ukraynanı başa düşərlər, onlarda da olur bu.

Ukrayna xalqı möhkəmdir, güclüdür, vicdanlıdır, mərddir, vətənsevəndir. Bununla daha güclənər.

 

İlqar Altay

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Prokurorluq Şahin Həsənlinin vəfatı ilə bağlı araşdırmaya başladı

redaktor

Almaniya işçi axtarır

admin

Putin həbs edilə bilər

redaktor