DünyaSiyasət

“Ukrayna bu ərazilərdən çıxsa hərbi əməliyyat dayandırılacaq” –PUTİN

“Ukrayna Silahlı Qüvvələri işğal etdikləri ərazilərdən çıxdıqda hərbi əməliyyatlar dayandırılacaq“.

Tacxeber.com bildirir ki, bu barədə Rusiya prezidenti Putin Bişkekdə KTMT-nin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya 28 maddəlik sülh müqaviləsi layihəsini “gələcək razılaşmalar üçün əsas kimi” istifadə etməyə hazırdır”,-deyə  Putin bildirib. Onun sözlərinə görə, qalan tək şey bu məqamları hüquqi dilə çevirməkdir.

Rusiya prezidenti bildirib ki, Rusiya həmçinin Avropaya hücum etmək niyyətində olmadığını sənədə yazmağa hazırdır.
Putin ABŞ nümayəndə heyətinin gələn həftə Moskvaya gələcəyini təsdiqləyib.

O bildirib ki, Rusiyanın danışıqlar aparanları Vladimir Medinski, Putinin köməkçisi Yuri Uşakov və Xarici İşlər Nazirliyinin nümayəndələri olacaq. Daha əvvəl ABŞ prezidenti Tramp xüsusi elçi Stiv Vitkoffun Putinlə görüşmək üçün Moskvaya gedəcəyini və ABŞ Ordu katibi Den Driskolun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyini açıqlayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Bəs o, daha 10 il yaşasa?” Zelenski Putin və təhlükəsizlik zəmanətləri barədə

redaktor

İsrail ordusu İordan çayının qərb sahilində 33 fələstinlini saxladı

redaktor

“Siz təsəvvür edirsiniz, Rusiyaya nə qədər yardım edilir?”

redaktor