23 C
Bakı
09 Sentyabr 2026 19:15
DünyaSiyasət

Tramp miqrantların kütləvi deportasiyasını elan edib

Prezident Donald Tramp önoyabrın 26-da Ağ Evin yaxınlığında ABŞ Milli Qvardiyasının üzvlərinə silahlı hücum nəticəsində 2 hərbçinin yaralanmasından sonra xalqa müraciət edərək  miqrantların ölkədən kütləvi deportasiya ediləcəyini bəyan edib.

Tramp müraciətində keçmiş prezident Co Baydenin dövründə ölkəyə gələn bütün əfqanların yenidən yoxlanılmasını tələb etməklə yanaşı,  Vaşinqtonun ABŞ-a faydası olmayan hər kəsi ölkədən çıxarmaq üçün addımlar atacağını bəyan edi.

“Əvvəlki administrasiya dünyanın hər yerindən, haqqında bilmək belə istəmədiyiniz yerlərdən 20 milyon naməlum və yoxlanılmamış əcnəbini ölkəyə buraxıb. Heç bir ölkə bu cür riskə dözə bilməz… Biz Baydenin dövründə Əfqanıstandan ABŞ-a daxil olan hər bir əcnəbini yenidən yoxlamalı və biz bütün lazımi addımları atmalıyıq ki, bizim ölkəyə aidiyyatı olmayan hər hansı bir əcnəbini bu ölkədən uzaqlaşdırmalıyıq”, – Tramp bəyan edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yəmən savaşı və “Məkkə sazişi”: Hədəfdə İran var

redaktor

Qazaxıstandan Bakıya bərə səfərləri 6 ildən sonra bərpa olunur

redaktor

Saatda 2,5 milyard rubl: Kremlin müharibə xərcləri yeni rekorda çatıb

redaktor