DünyaSiyasət

Sülhə gedən yol necə olmalıdır?

Xalqları sülhə necə hazırlamaq lazımdır?

Göstərişli və ehtiyatlı “vətənpərpərliyin” riyakarlıq saçan mahiyyəti.

Son günlər azərbaycanlı bir müğənninin erməni həmkarı ilə qucaqlaşıb salamlaşması sosial mediada qəzəblə qarşılandı. Bu reaksiyanın emosional tərəfi başadüşüləndir. 44 günlük müharibədən cəmi bir neçə il keçib, Qarabağdakı son hərbi əməliyyatlar da çox uzaqda olan tarixdə baş verməyib. Hələ ortada yekun sülh müqaviləsi də yoxdur. Sərhədlər demarkasiya olunmayıb, insanlar gələcəyin necə formalaşacağını bilmirlər. Bu qədər qeyri-müəyyənliyin içində cəmiyyətin həssas olması təbiidir. Hər iki ölkədə aparılan ictimai sorğular, sosial mediada yazılan rəylər bu haqqda insanda geniş təsəvvür yaratmağa imkan verir. Çünki yaralar dərin və təzədir.

Amma bütün hallarda sülhün alternativi yoxdur. Biz bir ömür qonşumuz olan ölkə ilə savaş halında olmamalıyıq. Lakin bu cür isti təmaslar üçün də tələsməməliyik.. İndilik əsas olan məsələ diplomatik müstəvidə, beynəlxalq hüquqda tanınan yekun sülhü təmin etmək, sərhədləri rəsmiləşdirmək və bu sənədi legitimləşdirməkdir.

Amma bu hakimiyyət onu edəcəkmi?

Mən inanmıram. Çünki bu tip hakimiyyətlər müharibəsiz, münaqişəsiz yaşaya bilmirlər. İndiki bu kiçik jestlər də Trampın başını qatıb, öz avtoritarzmini möhkəmləndirməyə xidmət edir.
Xalqları sülhə hazırlamağın, barışdırmağın yolu ilk növbədə siyasi iradədən və zamanla əhatələnən yanaşmadan asılıdır. Belə kortəbii, bilərkdən xaotik görülən işlərin niyyəti başqadır.

Qazaxıstanda təşkil olunan beynəlxaq yarışmada bizim ölkəni təmsil müğəninin erməni həmkarının ifasına verdiyi balın qədəri də prezident adminstariyasında yazılıb. Hökümət beynəlxaq müstəvilərdə belə jestlərlə Avropanın, Tramp adminstariyasının başını qatmağa çalışır. Göstərmək istəyirlər ki, baxın də, biz sülh tərəfdarıyıq, filan.

İndi sual oluna bilər ki, bəs, belədirsə, niyə hökümət öz beş manatlıq bloggerlərinin dili ilə bu xanımı linc etdirir!?

Çünki o xanım ona qoyulmuş limiti keçib. Erməni həmkarını protokoldan kənar qucaqlayıb. Hökümət o qədərdini də istəmir. Çünki belə bir hadisə hökümət tərəfindən normal qarşılansa, davamı gələcək. Bu isə onların işinə yaramır.

Həmçinin bir detal da adamın diqqətini çəkməyə bilmir.

Riyakarlıq göz qamaşdırır. Bir neçə ay öncə Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın birinci ledisi ilə əl sıxışması, gülümsəməsi, isti görüntülərinin yayılması zamanı bu gün “vətənpərvərlikdən od saçanların” heç biri dilini tərpətmirdi. Qazilər canına qəsd edəndə səsi çıxmayanlar bu gün özlərinə əl qatıblar.

Niyə!?

Çünki “yuxarıya” toxunmaq təhlükəlidir.

Bu müğənnini müdafiə etmək niyyətində deyiləm. “Manıs” adlandırdığımız kütlənin siyasi-ictimai mövqeyi, toplumun ağrılarına biganəliyi onsuz da hamıya məlumdur. Hansı biri yüzlərlə özünü sosial probelemlər üzündən həyatdan edən qazilərdən bir paylaşım edib? Hansı biri bu xalqın dərdini dilə gətirib? Demək istədiyim bu deyil.

Demək istədiyim odur ki, kiməsə gücünüz çatan zaman onu linc etmək çox asandır. Amma eyni işi edən “yuxarıdakılara” söz deyə bilməyib, risk görmədiyiniz adamlara aqressiya göstərmək, “Axrıncı aşrım” filmində keçən frazda ifadə edildiyi kimi – özünü belə vəziyyətlərdə qəhrəman hesab edənlər anlamalıdır ki, buna nə cəsarət deyilir, nə prinsipiallıq. Bu sadəcə nadanlıq və vəziyyətdən doğan opportunizmdir.

Tənqid edəcəksinizsə, ardıcıl olun. Eyni davranışa eyni münasibət göstərin. Cəmiyyət özündən zəifi deyil, yuxarıdakıları tənqid edə bildiyi gün sağlamlaşmağa başlayacaq.

Sülhü əldə etməyin yolu isə ilk növbədə öz xalqına sülh elan etmıkdən keçir. Öz vətəndaşına əl uzadıb, onu dinləməyən hakimiyyət heç bir zaman xalqının istər qonşularla, istərsə də vətəndaşların bir-biri ilə sülh şəraitində yaşamasına imkan verməz.

Azərbaycan xalqı isə ilk növbədə özü-özü ilə sülh əldə etməlidir. Bu sülh yaranıb, Azərbaycanı xilas edəcəksə, digər məsələlər öz-özünə həll olunacaq mütləq!

 

Qulu Məmmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Netanyahu buna görə gəlmədi

admin

“ABŞ və Rusiya 3 ildir gizli danışıqlar aparır” – Zelenskidən ŞOK AÇIQLAMALAR

redaktor

Hindistan-Pakistan savaşı olacaq, qalib isə… – Ekstrasens

redaktor