DünyaSiyasət

Perunun keçmiş prezidenti korrupsiya ittihamı ilə 14 il həbs cəzası alıb

Perunun keçmiş prezidenti Martin Vizkarra korrupsiya və rüşvətxorluq ittihamları üzrə 14 il müddətinə azadlıqdan məhrum edilib və 9 il dövlət vəzifəsində çalışmaq hüququndan məhrum olunub.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı Peru Baş Prokurorluğu yayıb.

Prokurorluğun açıqlamasında qeyd olunur:

“Xüsusi istintaq qrupu Moquegua regional hökumətinin prezidenti olduğu vaxt Lomas de Ilo və Moquegua inkişaf layihələri ilə bağlı rüşvət almaqda təqsirli bilinən Martin Alberto Vizkarra Kornexoya hökmü təmin edib”.

Prokurorlar həmçinin Vizkarranın 9 il ərzində dövlət idarəçiliyində hər hansı vəzifə tutmasının qadağan edildiyini bildiriblər.

Qərarın elanından sonra eks-prezident özünün X hesabında bunları yazıb: “Bu, ədalət deyil, qisasdır. Amma məni sındırmayacaqlar”.

İttihama əsasən, Vizkarra vəzifədə olduğu müddətdə yüz minlərlə dollar dəyərində qeyri-qanuni ödənişlər müqabilində bir sıra podratçı şirkətlərə tikinti layihələri üzrə müqavilələr əldə etməyə yardımçı olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Makron idman zalındakı fotosuna görə ələ salındı: “Putinlə döyüşə hazırlaşır”

redaktor

“Taliban”da kişilərə yeni QADAĞALAR: Qısa saqqal saxlamaq, qadınlara baxmaq…

redaktor

Dünyada zəlzələlər niyə artıb?

redaktor