DünyaGündəmİqtisadiyyat

İsrailin bizdən neft almağı bizə minnətdir.

İsrailin ərazisi 22 000 km². Azərbaycanın təxminən 24%-i qədər.

Hazırda bu cırtdan ölkəni dolandırmaq üçün il ərzində 80 milyon barrel neftə ehtiyacı var. ULCC tankerlər var, 3–4 milyon barrel neft daşıyır. İlə o tankerdən 20–25-i gəlsə, İsrail bütün yanacaq ehtiyacını təmin edir.

İsrail Azərbaycansız 77 ildir yaşayıb, dünyaya meydan oxuyub. Britaniya ilə savaşıb, ABŞ, SSRİ əsgəri öldürüb səsləri çıxmayıb.

Dört tərəfi düşməndir, Ərəb ölkələri 3 dəfə toplaşıb hücum ediblər, qələbə o tərəfə, qaçıb dalarınca hərəsindən 1 torpaq qopardıb. Yalvarana torpağını qaytarıb ki, ağıllı ol, bir də çaşma.

Tez-tez yazırlar: “İsrail Azərbaycan nefti ilə soyqırım törədir”. Rəqəmlər ortada, siz də araşdırın. İsrail cırtdan ölkədir, ölkəni təmin etmək üçün elə böyük neftə ehtiyacı yoxdur. Azərbaycan Sovetlər işğalında olanda da at otnadırdı, indi də.

Biz satmayacağıq, ABŞ, Rusiya, Norveç və ya başqası satacaq. İlə 20 tanker neft tapmaq çətin iş deyil.

Şərəfsiz İranın propaqandasıdır. Guya İsraili öldürürmüşdülər, hayına Azərbaycan nefti çatıb. İsrailin bizdən neft almağı bizə minnətdir. Alıcı odur, müştəri axraran biz. Qarşılığında dollar və ya heç kimə satmadığı silah, texnika verir.

 

Orxan Atabəy

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyədə prokurorluq Əkrəm İmamoğluna qarşı yeni ittiham irəli sürüb: casusluq.

admin

Xəritə oyunu davam edir: Rusiya MN bizi ələ salır, yoxsa?…

redaktor

Təhlükəli anlar: Eyfel qülləsi boşaldıldı

redaktor