DünyaSiyasət

Putini ofsunlama xüsusi bacarığı…

Paşinyan, Ermənistan Bişkekdə keçirilən KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və yəni rusiyayönlü NATO) sammitində iştirakdan imtina edib. TASS dövlət xəbər agentliyi bildrir.

Üstəlik, 2023-cü ilin yanvar ayında Ermənistan KTMT təlimlərini “uyğunsuz” hesab edərək öz ərazisində keçirməkdən imtina edib. 2024-cü ilin fevral ayında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də üzvlüyünü saxlasa da, oradakı iştirakını “dondurduğunu” açıqlayıb.

Bu nə deməkdir? Paşinyan əməlli-başlı Putinlə məzələnir (loru dildə desək). Deyir, Ermənistan təşkilatın üzvüdür, ona hücum olsa, KTMT onu qorumağa borcludur, amma bu təşkilatın təlim və sammiti, yığıncaqlarında iştirak etməyəcək. Və açıqca KTMT-yə rəqib siyasi və hərbi tərəfə, Avropa birliyi və NATO üzvlüyünə də, hazırlaşır.

Və burada maraqlı, hətta qəribəsi odur ki, Putin Ukraynanın AB və NATO-ya keçmə addım deyil, hətta, niyyət bildirməsinə görə, onunla 4,5 ildir ki, genişmiqyaslı qanlı müharibə aparır. Bu cür niyyətə görə, Gürcüstanın, Saakaşvilinin başına nə oyunlar açır. Digər postsovet dövlətlərinə də bunu keçməz! Amma, Ermənistana bunu keçir, üstəlik, bu ölkəyə hələ də, böyük yardımlar edir.

Görünür, Putinin, Moskvanın ermənilərə xüsusi bağlılığı, keçərli heysiyyatı var. Necə ki, bir sərt ata olur, evdəki bütün uşaqlarını gözüm-çıxdıya salır, yalnız birisinəsə bütün şıltaqlıqlarını keçir, dözümlü yanaşır, ya da yanaşmağa məcburdur. O görünür ki, ağsaqqalın ‘saqqızını’ oğurlamağı bacarıblar qonşu ermənilər, ofsunlayıblar kişini.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ali şaman 2025-ci il üçün proqnoz verdi: şəhərlər 80 faiz…

redaktor

Türkmənistanda pensiyasını almaq istəyənlərə sağ olduğunu sübut etmək tələbi qoyulub – KİV

redaktor

“Ağdərə ərazisinə və Sərsəng Su Anbarına nəzarəti də tezliklə əlimizə götürəcəyik” – Hərbi EKSPERT

redaktor