DünyaSiyasət

Dünya və regionumuz qaynayır.

Dünyada bir sıra siyasi sistem mövcuddur.
Zamanla hər biri sınaqdan keçirilmişdir.

Hələ, SSR-sı dönəmində qapalı ölkələr az deyildi.Günümüzdə isə, siyasi iradəyə bağlı qapalı ölkələr hələ də qalmaqdadır.
Belə ölkələr avtoritar rejimlər tərəfindən idarə olunur.Siyasi sistemin başında diktator əsas söz sahibi olur.İdarəetmə sistemi diktatorial rejim adlanır.

Diktaturanın da üç növü var.

1.Şəxsi iradəyə bağlı , tək adamlıq idarəetmə (diktatura).

2.Tək partiyalı idarəetmə (diktatura).

3.Kapitalın(Pulun) diktaturası.

1) Şəxsi iradəyə bağlı diktaturaya Şimali Koreyanı,Türkmənistanı göstərmək yerinə düşər.
Bu kimi ölkələrdə əsas söz sahibi bir nəfərdir.Hərşey ona bağlıdır.O, nə desə, qanun kimi qəbul edilir.
Özündən sonra sistemin yüksək postlarında dayananlar, yalnız rütbə və vəzifə xatirinə təyin edilmiş səlahiyyətə, hüquqa, söz sahibi olmağa ixtiyarı olmayan şəxslərdir.
Həmin birinci şəxs istənilən vaxt ani qərar dəyişdirə bilər.

Məsələn:

Şimali Koreya lideri Kim Çin İn (Un Yonq) , bütün ölkədə tək ixtiyar sahibidir.
İnsanların arzu, istək meyarı belə, Kimin qərarları ilə müəyyən edilir.
Bu tip diktatorial rejimdə pula üstünlük verilmir.Qanunlar diktatorun özündən başqa, hərkəsə şamil edilir.Hətta hər hansı kiçik vəzifəlinin belə, rüşvət alması mümkünsüzdür.
Ölüm hökmü, edam, əsas cəza növüdür.

Onu da qeyd edim ki, Şimali Koreyada təkpartiyalı sistemdir, buna baxmayaraq, ölkənin siyasi konyukturası tək adam idarəetməsinə bağlıdır.Yəni təkpartiyalı sistem əsas deyil.

2) Tək partiyalı diktatorial rejimlərdə isə, əsas söz sahibi Partiya sədri olsa da, idarəetmə kollektivdir.Yəni sistematik idarəetmə var.

Bu idarəetmə sisteminə Çin Xalq Respublikası Kommunist Partiyasını misal göstərsək, kifayət edir.
Eyni zamanda Çində həm kommunizm,həm sosializm, həm də kapitalizm vəhdət təşkil edir.
Yeganə ölkədir ki, iqtisadiyyatın inkişaf dinamikasını hər üç sistemə inteqrasiya ediblər.
Lakin, siyasi idarəetmə kommunist ideologiyasına bağlıdır.
Çin kommunist ideologiyası isə, Sovet kommunizmindən çox fərqlidir.
Əslində Çində hökm sürən kommunist sistem, millətçiliklə sintez edilib.Bu da o deməkdir ki, Çin kommunizmi əsl kommunist ideologiyanın milliləşdirilmiş modelidir.Dünyəvi kommunizmdən tam uzaq fəlsəfəyə malikdir.

Çin Kommunist Partiyasının idarəetmə sisteminin başında Partiyanın hazırki sədri Tsi Pin dayanır.
Bu sistemdə də rüşvətxorluğa, əxlaqsızlığa və digər cinayət növlərinə sərt cəzalar tətbiq edilir.
İdarəetmə təkpartiyalı sistemin komandaşəkilli qərarına bağlıdır.
Sivri ucda partiya sədri dayansa da, təkbaşına qərar verə bilməz.
Burda əsas meyar kimi qanunların aliliyi, daimi inkişaf modelləri qırmızı xətdir.
Sistem pula bağlı deyil.Ancaq İqtisadiyyatın inkişafı yeniliklərlə zəngindir.Modernləşmə və müasir dünya ilə ayaqlaşma əsas prioritetdir.

Bu sistemin birincidən fərqi ondadır ki, hər hansı yanlışlıq, dövlətin inkişafına zərər vurma kimi qəbul edilir və birincidəki kimi, eyni cəzalar tətbiq edilir.

3) Pulun diktaturası

Bu sistemdə isə, bir çox siyasi partiyalar mövcud olur.Lakin əsas müxalif siyasi partiyalar və müxalif müstəqil fəallar aradan götürülür və yaxud, tam neytrallaşdırılır.
İctimai qınaq, xalq narazılığı nəzərə alınmır.
Qanunlar işləmir, heç bir idarəetmə strukturu konstitusion funksiyasını yerinə yetirmir.
Dövlət təminatı sıfıra enir, xalq hakimiyyəti tam süquta uğrayır.
Yuxarıda sadaladığım hər iki sistemdən birincisinə daha çox bənzərliyi isə, işsizlik, aclıq, səfalət getdikcə dərinliyə enir.
Ölkə iqtisadiyyatı tam uçuruma yuvarlanır.
Bu sistemin fərqli cəhəti isə ondan ibarətdir ki, vəhşi kapitalizmin əsl simasını ortaya qoyur.
Hər şeyin başında “PUL” dayanır.Qanunun aça bilmədiyi qapıları pul açır.Tam monopolist iqtisadi idarəetmə mövcud olur.Əxlaqi, mənəvi meyarlar pulla ölçülür.
Milli, mənəvi dəyərlər getdikcə yox olur.Düşünən beyinlər kütləşdirilir.

İdarəetmə sisteminin başında dayanan birinci şəxs maksimum pul yığmağa üstünlük verir.
Bir milyard da , yüz milyard da eyni gözdə görülsə də, daha çox yığılmasına üstünlük verilir.

Misal :

Bir milyardı olan adamın da şəxsi təyyarəsi, maşını, oteli, villası və s var, yüz milyardı olanın da.
Ümumiyyətlə bir milyarddan sonra heç kim sərvətini özü saymır.Sadəcə ən güclü olmaq üçün maksimum sərvət yığmaqla məşğul olurlar.
Daha çox pulu olan, daha güclü olur.
Bu tip siyasi sistemləri isə,yalnız daxildən klan savaşları vasitəsi ilə parçalamaq mümkündür.

Üçüncü siyasi idarəetmə sisteminə Rusiyanın müasir çarı Vladimir Putini əyani misal göstərsək yerinə düşər.

Bu şəxsin prezident kimi milyardlarla sərvəti var.Bəlkə də ,ölkə büdcəsindən 5 dəfə çox pul ehtiyatına malikdir.
Ölkəsində azad mətbuat yoxdur, jurnalistlər, hüquq müdafiəçiləri, siyasi rəqiblər, demək olar ki, tam neytrallaşdırılıb.
Özü üçün siyasi müxalif görüntüsü yaradan bir neçə partiya yaradıb.
Ölkənin bütün idarəetmə strukturlarında rüşvət tüğyan edir.
Ölkə büdcəsi yalnız Neft və neft məhsullarının, təbii qazın satışından formalaşır.Qeyri-neft sektoru yox səviyyəsindədir.
Daxili idarəetmədə isə, klan savaşları mövcuddur.
İqtisadi idarəetmə tam monopoliyadadır.

Rusiya prezidenti Vladimir Putin son siyasi rəqibi olan Navalnı sıradan çıxarmağı bacarıb.
Ukrayna savaşı dönəmində isə, Priqojini aradan götürüb və daha nələr.

Sadaladığım hər üç dikatorial idaəetmə sisteminin, rejimin içində ən yumşağı da məhz üçüncü, yəni pulun diktaturasıdır.

Onu da qeyd edim ki, Anqolosakslar vəhşi kapitalizmin zirvəsinə məhz SSR-nin dağılması zamanı çatdılar.Yəni 1991-ci ildə.
2025-ci ilədək zirvədə qalmağı bacarsalar da, artıq eniş başlayıb.
Ona görə də öz idarəetmələrində olan bütün xalqları maksimum çapıb-talamaqla məşğuldurlar.
Özləri də bilir ki, bu son akkorddur.

Dünya dəyişir və yeni siyasi sistemin meydana çıxması an məsələsidir.
Bu siyasi sistem isə, sosial partlayışdan doğacaq.

Dünya və regionumuz qaynayır.

Allah(C.C) Azərbaycanımızı, xalqımızı qorusun !!!

 

Ramin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum edildi

redaktor

Sülhməramlılar Qarabağda polis statusunda qalır? – AÇIQLAMA

redaktor

25 ildir deputat olan oliqarx Azər Kərimlinin top dağtmaz mülklərinin – ŞOK SİYAHISI

admin