CəmiyyətDünya

Bu ayıbı aradan qaldırmaq lazımdır…

Azərbaycanda sərhəddi keçən hər kəs turist kimi sayılıq, bu heç, amma statistikaya elə yanaşsaq da, quru sərhədlərin bağlı olması turizm sektoruna nə qədər ziyan vurduğunu rəsmi rəqəmlər açıq çəkildə göstərir.

Quru sərhədlərin açıq olduğu son ildə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682 min 400 nəfər turist gəlmişdi.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171 min 600 nəfər turist gəlib.

Yəni, 2019-cu il ilə müqaisədə 2025-ci ilin eyni dövründə ölkəyə 510 min 800 nəfər az turist gəlib. Hər turistin ölkədə, ortalama, 400-500 dollar xərclədiyini saysaq, 2019-cu ilin ilk 10 ayına nisbətən, bu il eyni dövrdə ölkə iqtisadiyyata 250 mln. dollara yaxın az vəsait daxil olub.

Bundan başqa, rəsmi məlumatda deyilir ki, bu ilin ilk 10 ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 %-i hava, 22,4 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Yaxşı, əcnəbilərin ölkəmizdən quru sərhədlərlə çıxışına, GETMƏSİNƏ tam icazə var, sərbəstdirlər, onların ölkədən quru sərhədlərlə buraxmamağa Azərbaycanın hüququ yoxdur – bunu bildik, bəs ölkəmizə GƏLƏN xarici vətəndaşların, təqribən 25%-i dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə necə daxil olublar?! Bunların hamısı TİR sürücüsü ola bilməz axı, sayları 500 min nəfərdən çox edir, bəs necə quru sərhədlərdən, yaş sərhəd olan dənizdən ölkəmizə gəliblər?! Onlara olar, bizə ÖZ ölkəmizə gəlmək olamaz?! Yəni, tutalım, dirəniblər, ölkədən vətəndaşımızı buraxmırlar, amma, məsələn, Gürcüstana təyyarə ilə gedən vətəndaşımızı ÖZ ölkəsinə də buraxmır axı! Səbəbini də demir, pandemiyadırsa, öz evinə gəlir, yoxla-burax, təhlükəsizlikdirsə, vətəndaşın öz evinə gəlməyi bu məsələ ilə nə əlaqəsi var?!

Quru sərhədlərin bağlı olması iqtisadiyyata, turizmə ziddi ziyan vurmaqla yanaşı, ölkəmizin beynəlxalq imicinə də zərbə vurur, bu ayıbı aradan qaldırmaq lazımdır…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın bu əraziləri Ukrayna torpağıdır – Fərman

admin

ABŞ-da Fələstinə görə həbs olunan türk tələbə azadlığa buraxılıb

admin

“Atatürk” filmi 14 günə 114 milyon gəlir gətirdi.

admin