Son bir həftə ərzində Birləşmiş Ştatlar Ukrayna və Rusiyanı danışıqlar masasına cəlb etməklə sülh sazişi istiqamətində əhəmiyyətli irəliləyişə nail olub.
Tacxeber.com xəbər verir ki, bunu Ağ Evin mətbuat xidmətinin nümayəndəsi açıqlayıb.
Ağ Evin mətbuat katibi Karolin Leavitt gündəlik brifinqdə çıxışı zamanı irəliləyiş əldə olunduğunu təsdiqləyib. O bildirib ki, prosesin davamı üçün həssas, lakin aşılması mümkün olan bir neçə detalın dəqiqləşdirilməsi tələb olunur və bu, əlavə danışıqlar aparılmasını zəruri edir.
