DünyaGündəmSiyasət

Maduronun Günəşi qürub edir?

ABŞ Venesuela diktatoru Nikolas Maduro ilə əlaqələndirdiyi narkokarteli

(Kartel de los Soles – Günəş karteli) beynəlxalq terror təşkilatları siyahısına daxil edib.

Bu qərar mənə Trampın ilk prezidentliyi dövründə İran İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsi və bir neçə ay sonra Qasım Süleymaninin bombalanıb öldürülməsini xatırlatdı. Maduro yəqin ki, öldürülməyəcək, amma rejimə qarşı güc tətbiqi ehtimalı artıb.

Kuba mühacirlərinin övladı olan və regiondakı sol rejimlərə nifrət edən ABŞ dövlət katibi Rubionun sərt variantın tərəfdarı olduğu məlumdur. Digər tərəfdən, Monro doktrinasının ruhuna uyğun olaraq öz yarımkürəsində başqa böyük güclərin aktiv rolunu həzm etməyən ABŞ hesab edir ki, Çin, Rusiya və İranın yaxın tərəfdaşı olan Maduronun məsələsi çox uzandı və bu problemi həll etmək lazımdır.

Venesuelaya qarşı mümkün hərbi əməliyyat əlbəttə ki, beynəlxalq hüquqa zidd olacaq. Lakin artıq norma, prinsip və qaydalara əsaslanan beynəlxalq münasibətlər sisteminin yerində yellər əsir. Digər tərəfdən, trampizm hər hansı dövlətlərüstü və çoxtərəfli formatların ölkələrə davranış tərzləri diktə etməsini milli suverenliyə zidd sayaraq qəbul etmir.

Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Nikolas Maduro hakimiyyəti uzurpasiya etmiş, öz xalqını aclıq, səfalət və mühacirliyə sürükləmiş, legitimliyi olmayan bir diktatordur. Son 2024-cü il prezident seçkilərinin gerçək qalibi Eduardo Qonzalez olub. Bu baxımdan Maduro devrilərsə, Venesuela xalqının əksəriyyəti bundan yalnız məmnuniyyət duyacaq.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana gələcək

redaktor

Pavlovkada Rusiyanın hücumu özü üçün ağır nəticə verdi – MTİ

admin

Rusiyanı dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmağa çağırdılar

redaktor