CəmiyyətİqtisadiyyatQalmaqal

“Dolayıblar insanları, hansı yerli avtomobil istehsalı var bizdə?”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, sitat: “Elektromobil və “hibrid”lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır”.

Rəsmən dolayıblar insanları, hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, “vintaçanla” yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir, hardadı o yerli istehsal olan elektik və hibrid maşınlar?

Hökumət, ümumiyyətlə, “istehsal” nəyə deyir, necə görür? Məsələn, Türkiyədə 13 avtomobil istehsalı zavodu var (Renault, Ford, FIAT, Hyundai, Toyota və s.), onların detallarının 35-45% arası elə Türkiyədə istehsal olunur, avtomobil istehsalının yan sənayesi yaranıb, yan sənayedə onminlərlə iş yeri açlılıb, ümumiyyətlə isə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır.

İstehsal budur, yoxsa təkcə təkərinin havası yerli olan vintaçanla maşın yığırlar, o da satılmır, yığılan maşınların yarıdan çoxunun “müştərisi” dövlət-hökumət orqanları, yəni, büdcədir, adına da “istehsal” qoyurlar.

Bu qədər də olmaz da, deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb, indi gəlirlər azalır, biz də vergi-rüsum-cərimələri artırırıq ki, büdcədə yaranmış problemləri həll edək – belə deyin, daha səmimi görünəcəksiniz, hər açıqlamalarınız da bu qədər etiraz doğurmaz…

 

Natiq Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Həmin adam konsertimə gəldi, xərçəngdən sağaldı”

redaktor

Kafe və restoranlarda kababların qiyməti niyə fərqlidir? – VİDEO

redaktor

Saleh Məmmədovun villa Kolleksiyası – Bəzi villalarının qiyməti 10-15 milyon dollardır.

admin