DünyaSiyasət

“Hamımız sülh istəyirik, amma…” – ABŞ senatoru “Tramp planı”nı sərt tənqid etdi

Demokrat senator Mark Uorner ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün təklif etdiyi sülh planını kəskin tənqid edib.

Tacxeber.com xəbər verir ki, “Fox News”-a danışan siyasətçi Trampın bu sülh təşəbbüsünü “tarixi cəhətdən pis bir razılaşma” adlandırıb və İkinci Dünya müharibəsi ilə tarixi paralellər aparıb.

Uorner qeyd edib ki, sənəd faktiki olaraq “Ukraynanın tam təslim olmasına”çağırır və bu, 1938-ci ildə İkinci Dünya müharibəsi başlamazdan əvvəl Adolf Hitlerin tələblərinə tabe olan Nevil Çemberlenin cəhdinin analoqu ola bilər.

Senator sülh planının orijinal versiyasının “yalnız Rusiyanın mövqeyi nəzərə alınmaqla hazırlandığını”, lakin Ukraynanın maraqlarının nəzərə alınmadığını vurğulayıb. Tramp administrasiyasının düzəlişlər barədə açıqlamalarına baxmayaraq, Uorner qeyd edib ki, Prezident sənədin qəti olub-olmaması ilə bağlı “fikrini yenidən dəyişir”.

“Nəticə etibarilə hamımız sülh istəyirik, amma Vladimir Putini mükafatlandıran sülh yox”, – deyə senator vurğulayıb.(Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Dani Alveş intihar etdi

admin

Endokrinoloq yaponların çox yaşama sirrini açıqlayıb

redaktor

Ərdoğan: Kimsə fransızlara niyə xoruzlanırsan deyir?!

redaktor