DünyaMüsahibə

De Byazi italyanlara “Qarabağ”dan danışdı “Yerli çempionatı demək olar ki, heç kim izləmir”

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Canni de Byazi UEFA Çempionlar Liqasının “Napoli” – “Qarabağ” oyunu ilə bağlı İtaliya mətbuatına danışıb.

2022-23-cü illərdə Azərbaycanda çalışmış 69 yaşlı mütəxəssis “Qarabağ” və oyunla bağlı fikirlərini “İl Mattino” nəşri ilə bölüşüb.

– “Qarabağ necə bir komandadır?

– Əvvəla, bu elə bir komandadır ki, yaxşı qazanc əldə etmək istəyən legionerlərə ciddi vəsait ödəyə bilir. Bu isə artıq böyük üstünlükdür. Maraqlı futbolçuları var. Bəlkə tam ulduz səviyyəsində deyillər, amma onlara yuxarıdan aşağı baxsan, ciddi çətinlik yarada bilərlər.

– Həqiqətən də Çempionlar Liqasının vahid qrup cədvəli göstərir ki, Azərbaycan komandası artıq 7 xal toplayıb.

– Bu il onlar əvvəlkindən daha yüksək keyfiyyətli legionerlər tapıblar. Komanda kimi daha formalaşmış görünürlər. Ümumən isə bu mövsüm nəticələri məni təəccübləndirmir. Çünki onların yeganə hədəfi Çempionlar Liqasıdır. Çempionatda rəqibləri yoxdur və bu turnir onlar üçün həm də maliyyə baxımından vacibdir. Amma tək səbəb bu deyil.

– Buyurun, davam edin.

– Əslində onların iki fərqli heyəti var: biri çempionat, digəri isə Çempionlar Liqası üçün. Artıq illərdir ölkə futboluna hakimdirlər, çünki demək olar ki, hər dəfə çempion olurlar. Son illər yalnız bir dəfə çempionluğu əldən verdilər. Kluba çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır. Çünki yerli çempionatı demək olar ki, heç kim izləmir. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”

redaktor

Kadırov Çeçenistanda 3 günlük matəm elan etdi

redaktor

Ermənistan İrandan maye qaz tədarükü üçün kvota istəyib

redaktor