CəmiyyətGündəmMədəniyyətQalmaqal

Şok səs yazısı haqqında

Mədəniyyət Nazirliyi ilə bəzi sənət adamları arasında yaranmış qalmaqal davam edir.

Artıq nazirlik deyəsən “ən yaxşı müdafiə hücumdur” deyərək həmlələrə başlayıb. Əməkdaşları Mənzər Nurəliyevanın illərdi davam edən hegemonluğuna son qoymaq əvəzinə qarşı tərəfdə səhv axtarırlar.

Şikayətçilərdə də bəzi məqamlarda yanlışlıqlar ola bilər. Amma konkret olaraq Almaxanım Əhmədlinin Özbəkistanda Azərbaycan Mədəniyyət Günləri ilə bağlı dedikləri faktdır.

Nazirlik məmurları bunun qarşısında ciddi bir arqument gətirə bilmirlər. Xanəndə Almaxanım Əhmədlinin dediyinə görə Özbəkistana getmək üçün adı siyahıya salınıb, 15 gün məşq etdikdən sonra Mənzər Nurəliyevanın adından ona adının siyahıdan çıxarıldığı bildirilib.

Almaxanım nazir Adil Kərimliyə müraciət etdikdən sonra adı yenidən siyahıya salınıb. Aydındır ki, sənət adamları 15 gün ərzində məşq ediblərsə, bundan şübhəsiz cənab nazirin də xəbəri olub, onun təsdiqi ilə baş tutub. Belə olduğu halda Mənzər Nurəliyevanın hərəkəti özbaşınalıq deyilmi?

Bəlkə Almaxanım hədiyyə, ətir gətirmədiyi üçün Mənzər xanım üçün arzuolunmaz şəxsə çevrilib. Xanəndə deyir ki, qastrola görə cəmi 300 manat qonorar alıblar.

Nəzərə alsaq ki, Mənzər Nurəliyevanın könlünü oxşayan parfümün qiymətinin təxminən 1000 manat civarında olduğunu nəzərə alsaq, o zaman Almaxanım istəsə də o ətirdən xanım Nurəliyevaya bəxşiş edə bilməzdi.

İndi də Almaxanım Əhmədlinin atası, hörmətli şairimiz Vüqar Əhmədi səhv çıxartmaq istəyirlər. Təəssüf ki, bəzi həmkarlarımız Vüqar müəllimə qarşı anlaşılmayan bir yazı ilə çıxış ediblər.

Guya Mədəniyyət Nazirliyinin əməkdaşından şikayət edən sənətçiləri Vüqar Əhməd yönəldir, çünki Mənzər xanımla aralarında nəsə şəxsi problem var. Guya şairi ifşa edəcək dərəcədə sensasion, şok səs yazısı tapıblar. Səsi dinlədim. Vüqar müəllim müsahibələrində, çıxışlarında nə deyibsə, elə həmin fikirləri də səs qeydində bir daha təkrar edir.

Burada mən şok effektli nəsə eşitmədim.

Həmkarlarım inciməsinlər, bu çox ucuz şou təsiri bağışladı.

 

Sima Babayeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Misir Mərdanov: “Professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz”

redaktor

Bura bazardır ya dövlətin poliklinikası? FOTO/İDDİA

redaktor

Ermənilər yaralı azərbaycanlını öz vətəndaşı kimi təqdim etdi

redaktor