DünyaGündəmSiyasət

AB və Böyük Britaniya sülh planı danışıqlarında iştirak edəcək.

AB və Böyük Britaniya sülh planı danışıqlarında iştirak edəcək və əks təkliflərini təqdim edəcəklər.

Bu gün Cenevrədə AB və Böyük Britaniya sülh planı danışıqlarına qoşulacaqlar. Ursula fon der Leyenin sağ əli olan Björn Seibert, AB-nin mövqeyini təqdim etmək üçün İsveçrədəki vacib görüşə səfər edib.

Avropa əliboş gəlməyib. The Washington Post qəzetinin məlumatına görə, Tramp üçün sərt əks təklifləri özündə əks etdirən sənəd Cenevrəyə çatdırılıb. Orada üç əsas məqam var:

Kiyevin silahlı qüvvələri heç bir çərçivə ilə məhdudlaşmır.

Ukrayna Zaporojye Atom Elektrik Stansiyası, Kaxovka bəndi, Dnepr çayı keçidləri və Kinburn burnu üzərində nəzarəti bərpa edəcək.

Bütün digər ərazi mübahisələri yalnız atəşkəsdən sonra müzakirə olunacaq – yəni atəşkəs naminə qoşunların Donbasdan çıxarılması nəzərdən keçirilmir.

 

Hazırladı: Sədrəddin Əhmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rus qoşunları hücuma keçdi, 264 hərbçisini itirdi

admin

Canlı yayımda gərginlik – Partiya sədri deputatı aşağıladı: “Sən mənim “ranq”ımda deyilsən”

redaktor

Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışını etdilər

redaktor