DünyaSiyasət

Venediktovun açıqlamaları Azərbaycana yönəlik yeni təhlükə ehtimalını gücləndirir.

Rusiya müxalifəti tərəfindən “korrupsioner məmurlar və müharibəni qızışdıranlar” siyahısına salınan “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda rusiyayönümlü“CivilNet”ə müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin hazırda Azərbaycan ”əsirliyində” olan Ruben Vardanyanı unutmadığını, sadəcə Ukraynadakı müharibədə resursları itirilməsinə görə Moskvanın indi müdaxilə edə bilmədiyini bildirir. Söhbətin hansı resurslardan getdiyi yəqin ki, hər kəsə aydındır.

Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Ermənistanla bağlı siyasətin yeni kuratoru təyin edilməsini sentimentallıqdan daha sərt siyasətə keçid kimi dəyərləndirən Venediktov əvvəlki kurator Kozakın xaraktercə kompromis tərəfdarı və anlaşmadan yana olduğunu bildirir. Kozakdan fərqli olaraq Kiriyenkonun nəticəni güc vasitəilə əldə olunacağına inanan məmur olduğunu bildirən Venediktov Ermənistanla yanaşı bütün Cənubi Qafqazı təhdid edərək Kremlin siyasətinin sərtləşəcəyinin mesajını verir.

Ukraynaya qarşı müharibəninin qızışdırıcılarından olan Venediktovun bu açıqlamaları ilk öncə Azərbaycan cəmiyyətini və dövlətini düşündürməlidir. Çünki, Venediktovun dediyi kimi, Rusiyanın Ukraynada resurs itirməsinə görə Cənubi Qafqaza ayırmağa ressur tapa bilməməsindən ən çox qazanan ölkənin Azərbaycan olduğu hər kəsə məlumdur. Ukrayna təslim olarsa, Rusiyanın ilk olaraq ordularının istiqamətini Cənubi Qafqaza, Azərbaycana çevirəcəyi ehtimalı Venediktovun müsahibəsindən sonra daha yüksək görünür.

Kəmağıl Donald Trampın Ukraynanı təslimçi sülhə vadar etməsinə sevinən azərbaycanlıların Putinin ordu adlı qatil sürüsünü Azərbaycana doğru çevirməsini səbirsizliklə gözlədiklərinə də şübhəm yoxdur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zaxarova: İrəvan Laçın yolunu Azərbaycan ərazisi kimi tanıyır, razılaşmalar icra olunmalıdır

redaktor

Bu gün Aleksey Navalnı dəfn ediləcək – Video

admin

Qatar 35 saniyə gecikdi, bütün sərnişinlərin bilet pulları qaytarıldı

admin