24 C
Bakı
23 Avqust 2026 08:01
DünyaSiyasət

Ermənilər şokda: Paşinyan azərbaycanlıları dəvət etdi, xərci özü qarşıladı

“4-6 noyabr tarixlərində İrəvanda baş tutan Orbeli Analitik Mərkəzinin təşkil etdiyi “Orbeli Forum 2025″də sadəcə türkiyəli jurnalistlərlə yanaşı, azərbaycanlı jurnalistlər də iştirak ediblər”.

Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Ermənistanın Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlər əlaqələr Mərkəzi azərbaycanlı jurnalistlərin də foruma qatılması üçün dəvət göndərib. Məlumata görə, “Azərtac”ın iki jurnalisti və başqa iki azərbaycanlı forumda iştirak üçün İrəvana yollanıblar. Ermənistanın qaydalarına uyğun olaraq onların bütün səfər xərclərini dəvət edən tərəf qarşılayıb. İrəvanda olduqları 3 gün müddətində onların təhlükəsizliyi yüksək səviyyədə təşkil edilib, xüsusi mühafizəçilərin müşayiəti ilə hərəkət ediblər.

Qalacaqları otel jurnalistlər gəlmədən öncə axtarılıb, tam nəzarətə alınıb və qapılarının önünə mühafizəçi yerləşdirilib. Onlar “Yerevan Marriot” oteldə qonaq olublar. Nəşrin məlumatına görə, azərbaycanlı jurnalistlərin səfərinə Davit Sarkisyan cavabdeh olub. O, erməni jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib.

Lakin Ermənistan KİV forumdan 15-16 gün sonra bu məlumatın ortaya çıxmasının təəccüb doğurduğunu yazır. (Globalinfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor

Medvedev müharibəni tərk edən və əleyhinə çıxış edən rusları “xainlər” və “əclaflar” adlandırdı

redaktor

Trampın uydurma telefon diplomatiyası

redaktor