CəmiyyətTəhsil

Bu gün ölkədəki uğursuzluqların kökünü orta məktəblərdə yox, ümumi sistemdə axtarmaq lazımdır.

Son vaxtlar təhsillə bağlı səsli-küylü dartışmalar, müzakirələrdə ifrata varmaq adamda elə bir təsəvvür yaradır ki, guya ölkədə bütün problemlərin səbəbi orta məktəblərdir.

Adamda elə təsəvvür yaranır ki, uğurlu dövlət proqramlarının olmaması, cəmiyyətin inkişafsızlığının və yüksəlişsizliyinin, vacib qanunların qəbul edilməməsinin səbəbkarıdır orta məktəblər.

Mən biləni Prezident Aparatı, Nazirlər Kabineti, eləcə də Parlament axı səlahiyyətlərini orta məktəblərə verməyib.
Bu gün uğursuzluqların səbəbi orta məktəblər deyil.
Ölkə düzələrsə təhsil də düzələr, qaydasına düşər.

21-ci əsr İKT əsridir!
Müəllimlərdən köhnə əsrlərə aid olan tələbləri gözləmək gerilikdir.
Yeniliyə uyğunlaşmamaqdır.
Bu gün də şagirdlər dərsdən sonra müəllimlərdən onlayn qaydada bilmədiklərini öyrənirlər.
Köhnə qaydalardan fərqli olaraq, bu, müəllimlərin və şagirdlərin vaxt itkisinin qarşısını alır,
vaxt itkisini minimuma endirir.

Gəlin, dünyaya açıq gözlə baxaq.
Bu gün London sakini öz evində oturub Tokioda yerləşən müəssisədə məsafədən işləyir.
Siz nə edirsiniz?
Azərbaycanı hələ də 19-cu, 20 ci əsr qaydalarında saxlamaq istəyirsiniz?
Axı Nyu-York sakini Parisdə, Bonn şəhərinin sakini Oslo şəhərində məsafədən işləyir.
İndi şəhərlər adamlara gəlir, indi adamlar şəhərlərə getmir.

Heç olmasa, sabahı duyun, onu hiss edin.
Onsuz da yaxın 3-5 ilə repititorluq indiki kimi qalmayacaq.
Şagirdlər müəllimlərdən onlayn dərs alacaqlar.
Hələ də çoxumuza çatmır ki, Azərbaycanın istənilən bir nöqtəsində yaşaya-yaşaya Oksford Universitetində distant təhsil almaq mümkün.
Burada oturub dünyanın ən nüfuzlu Universitetlərinin kitabxanalarında olan kitablarından istifadə etmək mumkün.
Bu gün nüfuzlu universitetlərin istədiyin ixtisas üzrə proqramlarını əldə edib sərbəst şəkildə biliyini artırmaq mümkün.
Köhnə dünyanı yeni əsrə niyə daşıyırsınız?

Azərbaycan Respublikasında köhnə kimi təlqin edilən tədrisdən imtina edilməməliydi. Xaricdən uğursuz tədris proqramı ölkəyə gətirilməməliydi.
Uğursuz tədris proqramına mənasızcasına milyardlarla manat xərclənməməliydi.
Bu, uğuruyla, uğursuzluğuyla 100 yaşı olan Azərbaycan Təhsiliydi.
Onu sıfırlamaq olmazdı.

Hansısa zavodun, hansısa müəssisənin, hansısa binanın oxşarını ölkəmizdə tikmək olardı, dəyişmək olardı, ancaq Təhsilimizi dəyişmək, ondan imtina etmək olmazdı.
Bu imtina bizim Təhsilin məğlubiyyətiydi.
Bu gün xaricdən gətirilib ölkəmiz üçün kopyalanmış tədris proqramını Təhsilimiz hiss etmir.
Azərbaycan Təhsilini vahid bir orqanizm kimi təsəvvür etsək, görəcəyik ki, xaricdən gətirilən bu günki tədris proqramı həmin orqanizmdə protez rolunu oynayır.

Azərbaycan Təhsili bu protezi bu gün hiss etmir.
Təbii ki, mən bunu pis anlamda demirəm. Həyatdır, xəstələnib əlimdən, gözümdən, ayağımdan ola bilərəm. Mən də protez daşıya bilərəm.
Mən bunu özümə faciə bilmərəm.
Burada söhbət Azərbaycan xalqının uğursuz bir tədris proqramıyla qarşı-qarşıya qalmasından gedir.
Həmin proqramın Azərbaycan xalqına yad olmasından gedir.

Azərbaycan təhsilinə kənardan gətirilmiş tədris proqramına görə orta məktəblərdə şagirdlərin səviyyəsi çox aşağı düşüb.
Təhsildə məsuliyyət, dayanıqlılıq, dəqiqlik itirilib. Müəllimlərin öyrədən kimi rolu zəifləyib.

Sinifdə dərs zamanı 3-4 qrup yarat, hər qrupa bir çalışma ver, dərsin sonunda da soruş, tövsiyələrini ver, bu da olsun dərs keçdi.
Bu tədris proqramı ilə repititor müəllimsiz uşaqlar ali məktəbə daxil ola bilməzlər.
Bəli, həqiqətən də Təhsilimizdə ki uğurlarımız heç də xaricdən gətirilmiş tədris proqramına görə deyil, repititor müəllimlərimizin ağır əmək və zəhmətinə görədir.
Əvvəlki tədris proqramı dağıdılmamalıydı, sadəcə, məzmunca öz gələnəkləri üzərində yeniləmək, yeniləmək, yeniləmək kifayət edirdi.

Bu gün şagirdlər məktəbə kitab daşımamalıydı. İbtidai siniflər çanta dolu dəftər-kitabdan əziyyət çəkməməliydi.
Şagirdlərin evdə hazırlaşmağa dərslikləri olduğu kimi, orta məktəblərdə də həmin dərsliklərlə şagirdlər təmin olunmalıydı.

Azərbaycan dünya üçün Təhsildə də yeni səhifə ola bilərdi.

Eləcə də bu gün müəyyən insanlar orta məktəblər haqqında elə danışırlar ki, elə bil orta məktəblər həmçini də elmi kəşflərin və elmi ixtiraların icad edildiyi məkandır.
Orta məktəblər tək ali məktəblərə şagird hazırlamır. Şagirdlərin hansı sahəyə, sənətə marağının, istedadının olması müəyyən edilir.
Bəli hər bir insan bir istedad işarəsi altında doğulur.
Heyf ki, azərbaycanlı atalar, analar bəzən övladlarının istedadlarının qarşısına divar hörürlər.
Mən bir müəllim kimi bu divar hörmələri görürəm.

Bu gün məktəblərdə 6 saat, 7 saat dərs keçilir. İstənilən sinifdən 5 fəndən 5 mövzu götürün, şagirdlərə verin. Görün həmin mövzuları 2 günə öyrənə biləcəklərmi.
Təbii ki, yox!
Bu gün kifayət qədər dərsliklər də ağırlaşdirılıb. Şagirdlər mövzunun içində batır.

Düz 30 ildir Təhsildə islahatlar barədə mənasız söz-söhbətlər davam edir.
İndi də islahatlara sözdə meydan verilib.
Hamısı boş söhbətlərdir.
Azərbaycan Təhsilinin bu gün ayaq üstə dayanması üçün, hələ islahatların keçirilməsi üçün demirəm, yəni Təhsildəki boşluqların aradan götürülməsi üçün büdcədən 3-5 il davamlı olaraq 20-25 milyard dollar həcmində vəsait ayrılmalıdır. Baxmayın ki, bizim qədər əhalisi olan, nefti-qazı olmayan İsveçin büdcəsi 140 milyarddır. Bizdə 25 milyarddır, 5 milyard da təhsilə ayrılır.
Bir sözlə, boş əlnən təhsildə islahat aparmırlar.
Qaldı ki, müəllimlərin 2000 min manata qədər maaş almaları, onlar ucqarlarda iki müəllimin yerinə işləyənlərdi.
Nə isə, Azərbaycan büdcəsi Təhsildə islahatlar üçün hazır deyil.

 

Hikmət Nikbin

Tacxeber.com

Oxşar xəbərlər

Bura bazardır ya dövlətin poliklinikası? FOTO/İDDİA

redaktor

Hərbi prokuror deputatları aşağıladı: Niyə üzr istəyim?

admin

“Qarabağdan qaçmamışam ki…” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

admin