DünyaSiyasət

Türkiyə Böyük Millət Məclisi Öcalanın ayağına gedir.

AKP, MHP və DEM partiyalarının qərarı ilə TBMM nümayəndə heyəti İmralı adasına gedərək PKK lideri Abdulla Öcalanla görüşəcək, onun mövqeyini, fikirlərini dinləyəcək. CHP bu heyətə qatılmaqdan imtina edib.

Qərar faktiki olaraq, terror təşkilatının lideri Öcalanı legitim aktor və Türkiyə kürdlərinin qanuni lideri qismində rəsmən tanımaq anlamına gəlir. Zatən MHP bu adamı xeyli vaxtdır “qurucu öndər” adlandırır. MHP hazırda Öcalanın həbsxanadan buraxılması üzərində də işləyir…

Yadınızdadırsa, 2023-cü il seçki kampaniyası dövründə Türkiyədə aparılan rəsmi təbliğatın təsiri altındakı azərbaycanlılar CHP-ni şeytanlaşdırır, onun hakimiyyətə gələcəyi təqdirdə PKK ilə danışıqlar aparacağı, Öcalanı buraxacağı, kürdlərə muxtariyyət verəcəyini iddia edir və digər cəfəngiyatlar söyləyirdilər. CHP əleyhinə təbliğat kampaniyasında Azərbaycan hakimiyyəti də fəal iştirak edirdi.

İndi aşkara çıxır ki, o təbliğatda CHP-nin ayağına yazılanlar əslində AKP ilə MHP-nin öz planı imiş…

P. S. Azərbaycanda Kılıçdaroğlunu (əslində onu yox, Türkiyədə siyasi dəyişikliyi) dəstəkləyən bizim kimilərə də “PKK simpatizanı”, “ermənipərəst”, “Qərbin agenti” damğası vuran, hətta DTX-nın səhifəsini etiketləyərək barəmizdə tədbir görülməsini tələb edən adamlar var idi. İndi bu adamları vicdanları (varsa) ilə baş-başa buraxıram.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zəifləmiş Rusiya, abxazlar və başqa Qafqaz xalqları üçün artıq əvvəlki qorxunc monstr deyil.

admin

HƏMAS razılaşdı: girovları qaytarır.

admin

Bayden Makrona güzgü hədiyyə etdi – FOTO

redaktor