İdmanMüsahibə

“Sonuncu pillədən qurtulmaq şərt deyil” – Azər Bağırov

“Çətin oyun oldu. Səfərdə azarkeşlərin qarşısında oynamağın nə qədər çətin olduğunu gördük”.

Bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda bu gün səfərdə “Karvan-Yevlax”a qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.

O, qələbəni belə şərh edib: “Maraqlı görüş idi. Çoxlu qol epizodları yaratsaq da, təəssüf ki, bunları reallaşdırmaqda problemimiz var.  İstədiyimiz qolu gec vurduq. Bunu birinci hissədə etməli idik. Çünki daha çox epizodlar yaratdıq. Təcrübəsizlik öz sözünü deyir”.

Baş məşqçi ev oyunlarınını keçirəcəkləri Yevlax şəhər stadionunun ot örtüyünün durumunun yaxşı olduğunu da bildirib: “Birinci oyun üçün ot örtüyü pis deyil. Burda oynamağımızın səbəbi məsafənin yaxın olmasıdır. Gəncədən Qəbələyə 3 saatlıq yoldur, Yevlaxa isə 40-45 dəqiqə. Adaptasiyaya ehtiyac olmur”.

A.Bağırov bugünkü qələbə ilə sonuncu pillədən qurtulmalaı ilə bağlı da danışıb. “Hər oyunda xallar üçün mübarizə aparacağıq. Sonuncu pillədən qurtulmaq şərt deyil. Düşünürəm ki, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik”. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Samir Abasov Ramil Şeydayevlə bağlı gözlənilməz qərar verdi

admin

“Sabah”dan “Sumqayıt” məğlubiyyəti və məşqçi istefasına səbəb olan “Kəpəz” ” Səbail” oyunu.

admin

41 yaşlı İbrahimoviç Azərbaycana qarşı oynayacaq?

redaktor