CəmiyyətGündəmQalmaqal

Azərbaycan mədəni irsini hərraca çıxaran keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlu da bu gün mədəniyyətin qeydinə qaldığından danışır

Mədəniyyət naziri olduğu dövrdə Azərbaycan mədəni irsini hərraca çıxaran, mədəniyyətini məhv edən Polad Bülbüloğlu da bu gün mədəniyyətin qeydinə qaldığından danışır.

Çox istərdim ki, 15 iyun 1993-cü ildə Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində baş vermiş oğurluq hadisəsi də yenidən araşdırılsın. Ən əsası necə oldu ki, ard-arda həmin muzeyin direktorları zəhərlənmədən dünyasını dəyişdilər? Həmin əsərlərin oğurlanmasında əsas fiqur olan, uzun illər beynəlxalq axtarışda olan güləş üzrə dünya və Avropa çempionu Aydın İbrahimovu kimlər ölkəyə gələndən az sonra cinayət məsuliyyətindən azad etdilər?

Bu hadisələri çox yaxşı bilirəm, ona görə ki, elə həmin vaxtdan 1999-cu ilə qədər bu işin araşdırılması ilə məşğul olmuşam. 1999-cu ildə oğurlanmış 300 əsərin (Bremen muzeyinə məxsus 12 tanınmış əsər istisna olmaqla) Azərbaycana qaytarılması, həqiqi oğruları müəyyən edilməsi üçün dəfələrlə ABŞ-da olmuşam, axtarışda ola-ola hətta ABŞ-da belə məni təhdid edən A.İbrahimovun hədə-qorxularına baxmayaraq Nyu York federal məhkəməsində andlılar qarşısında çıxış da etmişəm. Həmin illəri dövrü mətbuatında bu hadisələrə aid yüzlərlə yazı və çıxışım var.

 

Aslan İsmayılov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb” – Zaxarova

redaktor

Müəllimlər direktordan şikayətçidir – “Bizə hinduşkabaş deyir”

redaktor

Rüfət Səfərov: “Hökumət ABŞ-nin mükafatından publik şəkildə imtina etməyimi istəyirdi”

admin