Hakerlər ilə ABŞ senatlarının bir araya gəldiyi görüşdən yazım.
1998-ci ildə ABŞ Senatında tarixə düşən bir toplantı keçirildi, bu gün kibertarixdə xüsusi yerə malikdir. O gün senatorların qarşısında heç bir dövlət rəsmisi, generallar və ya xüsusi xidmət əməkdaşları yox idi. Onların qarşısında… hakerlər dayanmışdı. Dünyanı silkələyən açıqlama da məhz bu görüşdə səsləndi:
– Biz bütün ölkənin internetini 30 dəqiqəyə söndürə bilərik!
Bu sözləri deyənlər məşhur LOFT qruplaşmasının üzvləri idi. Onlar illərlə sistemlərin zəif nöqtələrini araşdırır, təhlükəsizlik boşluqlarını tapırdılar. Amma ilk dəfə idi ki, öz biliklərini birbaşa ABŞ Senatına göstərirdilər.
Senatorlar suallar verdikcə vəziyyət daha qorxulu bir mənzərə alırdı. Hakerlər izah edirdilər:
– Təkcə bir nəfər və bir neçə zərərli paketlə ölkə boyunca interneti çökdürmək mümkündür. – Əgər xarici dövlət belə insanları bir araya gətirsə, nəticələri telefon şəbəkələrindən tutmuş elektrik sistemlərinə, hətta maliyyə bazarlarına qədər hiss oluna bilər. – Bir provayderin üzərində nəzarət qurulduqda, digərlərini də sıradan çıxarıb bütün trafiki öz üzərinə çəkmək mümkündür. Bu isə insanların harada olduğunu izləmək, onların adından sorğular göndərmək və real vaxtda manipulyasiyalar aparmaq deməkdir.
Senatorlar tərəfindən verilən sualların tonundan hiss olunurdu ki, ABŞ infrastrukturunun nə qədər həssas olduğu onları ciddi şəkildə narahat edib. Çünki LOFT hakerləri dövlətə düşmən deyildi, gör ki, düşmən olsaydılar, nəticələrin nə qədər dağıdıcı olacağı göz önünə sərilmişdi.
Bu görüşdən sonra vəziyyət dəyişdi. ABŞ hökuməti kibertəhlükəsizliyə neytral mövzu kimi deyil, milli təhlükəsizlik məsələsi kimi yanaşmağa başladı. LOFT üzvlərinə hökumətlə əməkdaşlıq təklif olundu. Onlardan biri haker dünyasında Mudge adı ilə tanınan Peyter Zatko sonradan DARPA-da təhlükəsizlik proqramlarına rəhbərlik etdi, daha sonra Google və Stripe kimi texnoloji nəhənglərdə çalışdı.
Bu hekayə bir şeyi göstərir: Bugünkü dünyada güc yalnız orduda və ya iqtisadiyyatda deyil, kiber məkanın nə qədər qorunduğunda gizlidir. Bir neçə proqram kodu, görünməyən hücum və səhifənin arxasındakı bir zəiflik bəzən bütün ölkəni diz çökdürə bilər.
Ona görə də kibertəhlükəsizlik sadəcə IT işi deyil bu, dövlətlərin gələcəyini müəyyən edən strateji xəttdir.