DünyaSiyasət

Siyasi səhnədə səssiz fırtınanın ayaq səsləri

Keçmiş PA-nın rəhbəri Ramiz Mehdiyevlə bağlı hadisələr hələlik bir qədər səngiməkdədir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules təyyarəsinin qəzaya uğraması, Mehdiyev hadisəsini gündəmdən düşürdü, arxa plana keçirmiş oldu.

Güman edirəm ki, hərgün gündəmi sürətlə dəyişən hadisələr baş versə də, ilin sonunadək ölkədaxili proseslər stabil qalacaq.
Növbəti il isə, daha amansız görünür.

Dünyada baş verən proseslərdən aslı olaraq hazırki iqtidar,  daxildəki prosesləri öz xeyrinə tənzimləməyə çalışacaq.

Növbəti ilin ilk ayından həbs dalğası kütləviləşə bilər.Əgər dünyəvi proseslər iqtidarın planlarına uyğun davam etsə, heç kimə güzəşt edilməyəcək.

Ramiz Mehdiyev olayına görə ilin sonuna kimi aramla müəyyən həbslər baş versə də, Növbəti il sensasion həbslər baş tutacaq.
Ən əsası isə, ölkə parlamentinin buraxılması baş verəcək (Yəqin ki, Fevral-Mart aylarında).

Dünyada demokratiya adına atılacaq təsirli addım ölkəmizə də təsirsiz ötüşməyəcək.Belə olan halda hətta, “Amnistiya” qərarının verilməsi də gözləniləndir.

Ümumilikdə isə, heç bir qrupa bağlılığı olmayan, ciddi təhlükə törədəcək güc kimi görünməyən, həbsdə olan müəyyən siyasi fiqurların azadlığa qovuşması mümkündür.

2026-ci il həm Azərbaycan hakimiyyəti, həm də region üçün çox qaynar il olacaq.

Qafqazda 2026-2028-ci illər ən həll edici dönəm kimi görünür.

 

Ramin  Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Bayden: “Müsəlmanların səxavəti məni heyran etdi”

redaktor

“Onu məhv etsəydi, yaxşı olardı” – Kadırov oğlundan danışıb

redaktor

Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİK

redaktor