CəmiyyətGündəmİdman

PFL ləğv olunur, Ramin Musayev AFFA-da rəhbər vəzifəyə gətirilir?

Əslində AFFA ilə PFL arasında münasibətlər yaxşı olmalıdı. Olması gərəkən budu – axı, hər iki qurum ölkədə futbolun inkişafı üçün çalışır. Amma bir müddət əvvəl PFL-in kollektivi illərdi məskən saldığı AFFA-nın binasından küdravaz oldu. Ya yer darlığına, ya da münasibətlərdə problemə görə.

Tacxeber.com Football-plus.az-a istinadla xəbər verir ki, AFFA rəhbərliyi qurumun daxilində bütün ölkədaxili yarışların təşkili ilə məşğul olacaq yeni departament yaratmağı düşünür. Hətta bu işin detalları, incəlikləri ilə bağlı məlumat almaq üçün PFL-in sabiq prezidenti Ramin Musayev və Yarışların Təşkili və Keçirilməsi Departamentinin sabiq rəhbəri Zamiq Hüseynov ilə ilkin təmasların olduğu da bildirilir.

Onu da xatırladaq ki, 2022-ci ildə PFL-in prezidenti seçilən Elxan Səmədovun səlahiyyət müddəti gələn il başa çatır. Yəni günlərin birində PFL-in ləğv olunması, AFFA-nın daxilində departament kimi fəaliyyət göstərməsi ilə bağlı xəbər eşitsək, qətiyyən təəccüblənməyək.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına çağırış etdi

redaktor

Ölkəyə gətirilən portağallar təhlükə saçır – İDDİA/VİDEO

redaktor

Vasif Talıbov daha bir vəzifəsini itirdi – FOTO

redaktor