DünyaİqtisadiyyatSiyasət

“Lukoil” xarici aktivlərini sata bilmir

“Lukoil”in xarici aktivləri bir neçə potensial alıcının marağına səbəb olub. Lakin Rusiya neft şirkətinin bu aktivləri ABŞ sanksiyalarının qüvvəyə minməsindən əvvəl vahid paket şəklində satmaq istəyi prosesi çətinləşdirir. Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən yazır.

Məlumata görə, bu vəziyyət aktivlərin iki mərhələdə satılması imkanını açır: əvvəlcə bir alıcı, məsələn, maliyyə şirkəti bütün xarici aktivləri əldə edir, daha sonra isə onları mərhələli şəkildə hissələrə bölərək yenidən satır.

“Bloomberg”in mənbələri bildirir ki, “Lukoil”in xarici biznesinin ayrı-ayrı hissələrini araşdıranlar arasında ABŞ-nin “Exxon” və “Chevron” şirkətləri də var. Onlar xüsusilə Rusiyaya məxsus şirkətin İraqın “Qərbi Qurna-2” yatağındakı payı ilə maraqlanırlar.

Digər potensial alıcı isə “Abu Dhabi National Oil Company”dir (ADNOC). Mənbələrin sözlərinə görə, BƏƏ şirkəti “Lukoil”in müxtəlif aktivlərini nəzərdən keçirir və ən çox diqqəti Rusiyaya məxsus şirkətin Özbəkistandakı qaz əməliyyatları cəlb edir.

ABŞ oktyabrın sonunda “Lukoil”ə qarşı sanksiyalar tətbiq etdikdən sonra şirkət xarici aktivlər üçün alıcı axtarmağa başlayıb və “Gunvor” neft treyderi ilə razılıq əldə etmişdi. “Gunvor”un qurucuları arasında isveçli biznesmen Torbjörn Törnkvist və Vladimir Putinin dostu hesab olunan Gennadi Timçenko var. Lakin sövdələşmə baş tutmayıb, ABŞ Maliyyə Nazirliyi “Gunvor”u “Kremlin marionetkası” adlandıraraq onun fəaliyyət və gəlir üçün heç vaxt lisenziya almayacağını bəyan edib. Bundan sonra “Gunvor” “Lukoil” aktivlərinin alınmasına dair təklifini geri çəkib.

Sanksiyalar tətbiq edildikdən sonra əməliyyatların yekunlaşdırılması üçün son müddət 21 noyabr olaraq müəyyən edilmişdi. “Lukoil” ABŞ Maliyyə Nazirliyindən möhlət istəyib və bu müddət 13 dekabradək uzadılıb. Bundan sonra şirkətin xarici aktivləri ilə maraqlanan digər alıcılarla bağlı məlumatlar yayılıb. “Reuters”in məlumatına görə, potensial alıcılar arasında amerikalı investisiya şirkəti “Carlyle” və eləcə də “Chevron” var. “Carlyle”ın marağı barədə Bloomberg də məlumat yayıb. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ərdoğan: Novruz bayramının rəsmi şəkildə qeyd olunması planlaşdırılır

redaktor

İllərlə kibrit yeyən qadında bu xəstəlik aşkarlandı

redaktor

Səudiyyə Ərəbistanının investisiya naziri Zəngilana gəlir

redaktor