Ukrayna prezidenti Vladimir Zelenski “danışıqları intensivləşdirmək” üçün noyabrın 19-da Türkiyəyə səfər edəcəyini açıqlayıb.
“Sabah Türkiyədə görüşlər keçiriləcək. Biz tərəfdaşlarımız üçün təkliflər hazırlayırıq və bütün gücümüzlə müharibəni sona çatdırmağa sadiqik – bu, Ukraynanın prioritetidir. Biz həmçinin əsir mübadiləsinin bərpası və məhbusların qaytarılması üzərində işi davam etdiririk”, – o, Telegram kanalında yazıb.
Tacxeber.com xəbər verir ki, Reuters-in mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff da noyabrın 19-da Türkiyəyə gələcək. O, Vladimir Zelenski ilə danışıqlarda iştirak edəcək.
