Dünyaİqtisadiyyat

“Putinin Adamı” deyilən Tramp Rusiyanı çökdürür? Neft 36 dollara enib.

ABŞ, Qərb, Baydenin dönəmində Rusiyaya qarşı sərt addımlardan çəkinirdi, atmırdı, məhz Tramp administrasiyası Rusiyanın Ukraynaya təcavüzü, işğala başladığı gündən ilk dəfədir ki, Moskvaya qarşı əsl sanksiyalar tədbiq etməyə başlayıb – artıq ciddi nəticələr var:

Son günlərdə Rusiyanın “Urals” markalı neftinin qiyməti 36 dollara düşüb. Trampın qorxusundan heç kim almır deyə, Rusiya öz neftinə bu gün 23,52 dollar endirim elan edib. Çarəsizlikdən bu addımı atıb, daxildə neft emalı zavodlarının 20%-i Ukraynanın zərbələri nəticəsində sıradan çıxarılıb deyə, xam nefti emal da edə bilmir, daha çox satmağa məcburdur, alan da yoxdur. Arabulucu şırkətlər isə neftdən Rusiya adını “silmək” üçün daha böyük endirim tələb edirlər. Belə getsə, bu həftə “Urals” markalı neftin qiyməti 30 dollardan aşağı düşə bilər…

P.S. Çox güman, “Tramp urusun adamı, Putinin agentidir”, deyən bəzi insanları xatırlayırsız, yəqin indi publik üzr istəyə, utanarlar…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Terminal qəbzi çıxmayıb — ödəniş universitets hesabına köçsə də sübut yoxdur- Nə etməli?

redaktor

Maraqlı – Ölkələrin xarici borcları – VİDEO

admin

Kredit kartlarındakı çiplər – Onlar təhlükəsizliyi necə qoruyur?

admin