CəmiyyətTəhsil

İndi də camaatımızın başını STEAM-la aldadır.

Nə kurikulum var, nə metod var, nə təhlil var, nə də nəticə.

Müəllim də birmənalı olaraq yox səviyyəsindədir. STEAM elə bir diskursdur ki, hər bir dərs yeni materal tələb edir. İnternetin mövcudluğu milyonlarla manat vəsaitin səmərəsiz xərclənməsinə yardımçı olur. Belə bir ciddi işdən mütəxəssislər əvəzinə humanitar və ictimai elmlərin adamları danışır. Bizim əksər işlərimiz belədir…

STEAM nədir?

Bu abbreviatura 5 komponentdən ibarətdir
S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), A – Art (sənət), M-mathematics (riyaziyyat)
Məhz bu komponentlərin məcmusu əsasında təcrübəyə, eksperimentlərə, yaradıcı və mühəndis layihələrə tamamilə yeni yanaşma sərgilənir. Bu məsələlərin həlli dərin biliklərin qazanılmasına, praktik vərdişlərin və fənlərarası baxışların formalaşmasına istiqamətlənir.

Gəlin qısa bir məzmunu tərtib edək:

Science. Elm
Kimya, Fizika, Biologiya bir-birilə əlaqəli elmlərdir. Uşaqlar bu elmlərin qovşağında yenilikləri görür, eksperimentlər aparır, alim kimi düşünürlər. Hər bir təcrübə böyük elmin inşası üçün kərpicik rolunu oynayır.

Technology. Texnologiya
Texnologiya gələcəyin mütəxəssisi üçün zəruridir. Şagirdlər praktik məsələlərin həlli üçün elmi kəşflərin tətbiqini tədqiq edir. Müasir texnologiyalardan, cihazlardan və robotlaşdırılmış texnikadan istifadə edirlər.

Engineering. Mühəndislik
Uşaqlar nəziriyyə və praktikaya diqqət yetirməklə öz mühəndislik layihələrini düşünür və ifadə edirlər.

İncəsənət
Art. Sənət. Uşaqlar öz layihələrini ifadə etmək üçün yaradıcılıq yolları tapırlar.

Mathematics, Riyaziyyat.
Söhbət tətbiqi riyaziyyatdan, informasiyaların statistik işlənməsindən-Big datadan gedir.

Müəllim hazırlayan ali məktəblərin STEAM proqramı yoxdur. Bu ali məktəblər normalda heç məcmuayə daxil olan fənlər üzrə müəllim hazırlaya bilmirlər. Fənlərarası yanaşma və bu istiqamətə yeni baxış formalaşmayıb. Qalır internetdə müxtəlif təcrübələrdən plaqiqatlıq. Alimlik dərəcəsi almaq istəyənlərin elmi işlərində n qədər plagiatlıq aşkarlanır. Bu təhsil menecerləri uşaqlara da plagiatlığı öyrədirlər.

 

Etibar Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət Turizm Agentliyi Azərbaycanı tanıtmaq üçün hər ay milyonlarla vəsait xərcləyir

admin

ATƏT: “7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib”

admin

Sahil Babayev islahatlara BAŞLADI – Bəzi şöbələr LƏĞV EDİLDİ

redaktor