Cəmiyyətİqtisadiyyat

“Gələn ildən vətəndaşlara “ƏDV geri al” vasitəsilə daha çox vəsait ödəniləcək”

“Vergi Məcəlləsinə gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al”a görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur:

“Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər.

Yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır. Bu, eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödənişinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Seçkidə saxta jurnalist vəsiqələri aşkarlandı – FOTO

redaktor

Araşdırma: Rövnəq Abdullayevin oğlunun 22 milyon dollarlıq London mənzili

admin

“Boş ev yoxdur, otellər doludur, pulları olmasa, gəlməzlər…”

redaktor