DünyaSiyasət

Ərdoğan Zelenski ilə danışıqlar aparacaq

Noyabrın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Bu barədə TRT telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, tərəflər ikitərəfli məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini və onun mümkün nizamlanması yollarını da müzakirə edəcəklər.

Xüsusilə, buraya atəşkəs və Rusiya ilə Ukrayna arasında danışıqların intensivləşdirilməsi, o cümlədən İstanbulda təmaslar, eləcə də nizamlama üzrə mümkün zirvə görüşü daxildir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyəyə F-16 satışına mane olacam – Menendez

redaktor

“Çılpaq gecə”yə görə Kirkorov saniyə-saniyə kəsildi

admin

DTX-nin Akademiyasının Nizamnaməsində dəyişiklik edildi

redaktor