DünyaHadisə

Sevinc Vaqifqızı da “Cəsarət mükafatı”na layiq görülüb

“AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının “Cəsarət Mükafatı”na layiq görülüb.

“AbzasMedia” xəbər verir ki, “Sərhədsiz Reportyorlar”ın 33-cü “Azad Mətbuat Mükafatları” mərasimi bu il təşkilatın yaranmasının 40 illiyi münasibətilə keçirilən “RSF Festivalı” çərçivəsində noyabrın 15-də Parisdə baş tutub.

Mükafatı S.Vaqifqızının adından “AbzasMedia”nın direktoru Günel Səfərova qəbul edib. O, Vaqifqızının tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

RSF S.Vaqifqızını “prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq, inadla susmaması, ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi” kimi qiymətləndirib.

S.Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı-jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanıblar. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunublar, lakin ittihamları rədd ediblər.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “AbzasMedia işi” üzrə S.Vaqifqızı, Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı və F.Mehralızadəni 9 il, N.Absalamova və E.Qasımovanı 8 il, M.Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Ümumilikdə son iki ildə, əsasən, eyni ittihamlarla 30-a yaxın jurnalist həbs olunub.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.

Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Stiv Cobs, Bill Qeyts və Mark Zukerberqin uğurunun təəccüblü sirri – Solaxay olmaq

redaktor

“Bakıya getməyi səbirsizliklə gözləyirəm” – Boris Consonun atası: “Türk köklərim ilə fəxr edirəm”

admin

“Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır” – ISW

admin