Cəmiyyətİqtisadiyyat

Həzərat, hökumət işlə təmin olunan əhalini necə sayır?

Rəsmi məlumat: 2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlərin sayı 278.9 min nəfər olub. İşsizlik səviyyəsi ölkə üzrə 5,2% təşkil edib. İqtisadi fəal əhalinin sayı 5 milyon 381.5 min nəfər olmuş, onlardan 5 milyon 102.6 min nəfərini məşğul əhali təşkil edib.

Həzərat, hökumət məşğul, işlə təmin olunan əhalini necə sayır – bəlkə suallar ünvanlayaq, bəlkə kimsə çıxıb cavab verər.

Hökumət deyir ki, ölkədə iqtisadi fəal əhali sayı, yuvarlaq olaraq, 5,4 mln. nəfərdir. Elə həmin hökumətin öz məlumatına görə məmləkətdə muzdla, yəni, rəsmi iş müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 781.4 min nəfər təşkil edir. Deməli, ölkədə 5,4 mln. əmək qabiliyyətli insan var, bunlardan rəsmi müqavilə ilə çalışanların sayı 1,8 (yuvarlaq olaraq) milyondur. Yəni, 3,6 mln. insan rəsmi olaraq heç yerdə işləmir, amma, məşğuldur – nə ilə məşğuldur, bunu açıqlamırlar, gəlin birlikdə hesablamağa çalışaq.

2025-ci ilin məlumatlarına görə, ölkədə aktiv vergi ödəyicilərinin sayı (fiziki şəxslər) 845 min olub. Tutalım, 845 min VÖEN-lə çalışır, halbuki, reallıqda belə deyil.

Hökumət deyir ki, kənd təsərrüfatında 1,7 mln. insan çalışır (iqtisadi aktiv sayılan insanların 30%-dən çoxu), məşğulluğunu təmin edir. Amma, harda, necə çalışır, nə qazanır, nə yeyir, nə içir – bu haqda dəqiq məlumat yoxdur. Lap tutalım ki, elədir, halbuki, bunun özü də hökuməti biabr edən məlumatdır – ölkədə 1,7 mln. insan (tutalım) aqrar sahədə çalışsın, amma, bu qədər insanın, məsələn, ixracatda payı 1 mlrd. dollara belə çatmasın, yəni, aqrar sahədə çalışan hər bir vətəndaş (bir daha – rəsmi rəqəmləri həqiqət saysaq) aya 49 dollar dəyərində mal-məhsul ixrac edir.

Məsələn, Hollandiyada iqtisadi aktiv əhalinin cəmi 2,5%-i aqrar sektordadır, amma ildə 140 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edirlər. Yəni, aqrar sektorda çalışan hər bir hollandiyalı ilə 440 min dollarlıq məhsul ixrac edir, bizdə 49 dollarlıq – yəni, holland bizdən 9000 dəfə çox xaricə aqrar sektor məhsulu satır.

Tamam, gəlin rəsmi rəqəmləri toplayaq: 1,8 mln. rəsmi müqavilə ilə çalışır, 1,7 mln. aqrar sektorda işləyir, 845 min də VÖEN-lə qazanır, toplamda 4 mln. 345 min nəfərdir, ölkədə iqtisadi fəal əhali sayı isə 5,4 milyondur, yaxşı, bu 1 mln. 055 min insan hardadır, nə işlə məşğuldur, niyə işsiz kimi qeydiyyatda deyil?!

Bir baba-igid varmı çıxıb izah etsin, açıqlasın?!

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kirəyə mənzil axtaranların NƏZƏRİNƏ! – Bu tarixdən qiymətlər BAHALAŞACAQ – VİDEO

redaktor

Azərbaycanda karantin rejimi bir daha uzadıldı.

admin

Beynəlxalq təşkilatlar: “COP29-dan sonra hökumət tənqidçiləri ağır qisasla üzləşə bilərlər”

admin