CəmiyyətGündəmSiyasət

“Dirçəliş günü ilə bağli Əvəz Zeynalii yazdi, mən sadəcə bir əlavə edirəm” Yasəmən Qaraqoyunlu

Bizi sındırdılar!

Bizi cəzalandırdılar, diri diri öldürdülər.

Dövlətimizi əlimizdən alib sahibləndilər

Sərvətimizi çaldılar

Vətənimizi əlimizdən aldılar.

Biz bu vətəndə kirayəçiyik, heç kimik!

Meydandakı oğulların çoxu KQB-yə yenildi. KKB sadəcə Rus sistemi deyildi ki, KQB Azərbaycanın başına bəla yetişdirmişdi.

KQB toplu şəkildə milləti yenə bilməzdi. Bizi bir -bir yendilər. Səni yendilər, məni yendilər.

Bizi öldürdülər. Hər baxımdan.

Biz niyə öldük?

Ona görə ki, 34 ildir KQB-yə mədhiyə oxuduq. KQB- dən Allah yaratdıq.

Ölkədə 355 rus məktəbi varsa meydandakı mübarizə bitməmişdir…

Meydanda iki düşərgə, iki partiya doğuldu.

İstiqlalçılar Partiyası

Milli satqınlar partiyası

Milli satqınlar partiyası hakimiyyəti ələ aldı və istiqlalçılara divan tutdu, yendi.

Rusiyaya bağlı partokratlar, Kommunistlər iki dəfə Azərbaycan istiqlalçılarına divan tutub.

1. 1920- 37. Cümhuriyyətçilərə qarşı. Stalin- Bağirov-Ponkratov.

2. 1993- 2025. Müstəqillik uğrunda mübarizə aparanlara qarşı. KQB və Ramiz Mehdiyev -YAP.

GÜN O GÜNDÜR…

Topxana meşəsində bir neçə ağacın kəsilməsini millət olaraq namusumuza sığışdırmadıq, şahə qalxdıq. SSRİ-nin dişlərini sındırdıq, bütün qoruq-qadağalara baxmayaraq, axın-axın meydanlara axışdıq, dolub-daşdıq – Millət olduq, “Lenin” meydanını “Azadlıq” meydanına çevirdik, milyonlarla insan 17 gün gecəli-gündüzlü oradan tərpənmədik, dövlət olduq, bir-birimizin xətrinə dəymədik, bir yumruq kimi birləşdik, imperiyanın başına od ələdik. Etiraz dalğasından Milli Azzadlıq Hərəkatına keçid etdik, liderlər yetişdirdik bu 17 gündə, millət millət oldu, qız-gəlinlərimiz qızıl-zinət əşyalarını millətə yardım üçün ərməğan etdi… Oyur-oyur oynadıq, qürurlu, məğrur, iri-diri olduq! Millət olmanın qürurunu yaşadıq!..

37 il sonra… İndi… Hər şeyi özümüzə sığışdırırıq. Bir neçə ağacın kəsilməsinə verdiyimiz reaksiyanı qoca millətin sındırılmasına verə bilmirik. Sanki hər şey tərsinədir. Nə meydan o meydan deyil, nə ruh, nə əhval. Yorulmuş, usanmış, kədərli, üzü-gözü gülməz bir millət var ortada. “Azadlıq” meydanı aylarla bağlı qalır, heç o həndəvərə üzükən olmur. Yəni…

Gün o gündür, Millət o millət deyil…

Günümüz mübarək!

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Putin Zaporojye və Xersona hücumlarını dayandırmağa hazırdır – ABŞ bunu geri çəkilmə kimi anladı

redaktor

ŞOK İDDİA: Ramzan Kadırov ölüm ayağındadır: Danışa bilmir

redaktor

Həbsdə olan separatçılar Paşinyanın hansı sirrini açıb?

redaktor