Cəmiyyətİqtisadiyyat

Çindən Azərbaycana minik avtomobili idxalında fantastik artım:

2025-ci ilin ilk üç rübündə Azərbaycan Çindən avtomobil idxalını kəskin artırıb. 2024-cü ilin analoji dövründə 11 214 ədəd olan idxal 2025-ci ildə 38 713 ədədə yüksəlib.

Banker.az xəbər verir ki, bu, 3,4 dəfə artım deməkdir. Bununlada ümumi idxalda Çinin payı 18 faizdən 50 faizə yüksəlib. İlin müvafiq dövründə ölkəyə cəmi 78 205 ədəd minik avtomobili gətirilib (2024: 59 479 ədəd).
Bu indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Dəyər ifadəsində isə artım daha da yüksəkdir. İdxalın ümumi məbləği 284,45 milyon dollardan 702,19 milyon dollara qalxıb, yəni 146,8% artım baş verib.

Azərbaycan avtomobil bazarında son iki ildə Çin istehsalı modellərin sürətli yayılması Almaniya, Yaponiya və Koreya avtomobillərinə olan marağı azaldıb və bir çox modellərdə qiymətlər 15–20% enib.

Ekspertlərin sözlərinə görə, Çin avtomobillərinin ucuzluğu əsasən daxili bazar üçün istehsal olunan və zəmanətsiz gətirilən modellərlə bağlıdır. Rəsmi distribütor xətti ilə gələn Çin markalarının sayı artsa da, paralel idxal səbəbindən bazarda qeyri-sağlam rəqabət yaranır və bu, yerli dilerləri çətin vəziyyətə salır. Uzmanlar hesab edir ki, mənfi tendensiyanın təsiri əsasən 2026-cı ildən sonra hiss olunacaq.

Kateqoriyalar üzrə dinamikada əsas artım hibrid mühərrikli “plug-in”, yənixarici mənbədən elektriklə şarj oluna bilən modellər hesabına formalaşıb. Hazırda Azərbaycan hökuməti növbəti ildə də, elektrik avtmobilləri üçün gömrük rüsumundan azad etmə güzəştini davam etdirəcək. Bu idxalı sürətləndirir. “Plug-in” hibrid benzin mühərrikli avtomobillərin idxalı rekord həddə çatıb. 2024-cü ildə cəmi 3 ədəd olan bu qrupdan 2025-ci ildə 30 754 ədəd idxal olunub. Bu növdə avtomobillər dəyərdə 52,6 min dollardan 539,2 milyon dollara qədər artımına gətirib.

“Plug-in” olmayan hibrid benzin mühərrikli avtomobillərin idxalı da 3 601 ədəddən 4859 ədədə yüksəlib (34,9% artım). Dəyər göstəricisi isə 3,6% artıb. (Banker.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

UEFA “Qarabağ” klubunu 84 532 cərimələyib. SƏBƏB ….

admin

Fikrət Məmmədov da Nazirlər Kabinetinin yeni tərkibinə salınmadı.

admin

Nəsiminin “çiçəyi burnunda” olan başçısı “şəffaf” universitet Azərbaycan Kooperasiya Universitetini bitiribmiş -O, nəyin güdazına gedib?

redaktor