DünyaSiyasət

Yerin altında sərvət var, yerin üstündə isə məsuliyyət çatışmır.

Almaniyalı alimlər nəhəng qızıl yatağı aşkar ediblər. Gottingen Universitetində aparılan tədqiqatın nəticəsində məlum olub ki, yer kürəsindəki qızıl ehtiyatının 99, 9 faizi yerin nüvəsində yerləşir. Bu qızıl ehtiyatı 5 min dərəcə Selsi istilikdə sıxılmış vəziyyətdədir.

Hesablamalar göstərir ki, əgər nüvədəki bütün qızıl yer səthinə çıxarıla bilsəydi, Yer kürəsini 45 santimetr qalınlığında qızıl təbəqə ilə örtmək olardı. Bunun üçün 2900 kilometr dərinliyə enmək lazımdır. Amma indiyə qədər yalnız 12 kilometr dərinliyə enmək mümkün olub.

Yaxşı ki, o dərinliyə enmək mümkün deyil. Yoxsa, insan oğlu yerin nüvəsini dağıdardı.
Əgər bizim analoqsuzlar o dərinliyə enə bilsəydi, neft-qaz bitdikdən sonra bütün iqtisadiyyatımız qızıldan asılı olardı. Bu dəfə qeyri-neft sektorunun deyil, qeyri-qızıl sektorunun tənəzzülü göz deşərdi.

Qara qızılla xalqı ağ günə çıxara bilməyənlər, sarı qızılla da ağ gün gətirə bilməzdi))
Bizə nə yerin altında, nə də səmanın ənginliklərində heç nə lazım deyil. Bizə yerin üstündə qızıl kimi hökumət lazımdı…

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Haniyəyə qarşı əməliyyatı “Mossad” təşkil edib – KİV

admin

Navalnı ölümündən sonra bu mükafata layiq görüldü

redaktor

Makron hesab edir ki, Tramp altı ay ərzində Ukraynaya baxışını dəyişib

redaktor